AZ

Nike firması blokçeyn vasitəsilə şifrələnmiş rəqəmsal ayaqqabı istehsal edib

12.12.2019 10:08

 

Amerika Birləşmiş Ştatlarında (ABŞ) blokçeyn ayaqqabılar patentləşdirilib.

 

TED.az xəbər verir ki, Nike firmasının “CrpytoKicks” modelində blokçeyn vasitəsilə şifrələnmiş rəqəmsal ehtiyat mövcuddur.

 

Ehtimal olunur ki, bu üsulla şirkət idman ayaqqabılarının orijinallığını izləyəcək. Sözügedən ayaqqabıların satışı zamanı rəqəmsal ehtiyat məhsulun identifikatoruna əlavə ediləcək.

 

Ayaqqabını satın almış şəxs onu başqa birinə sata və ya hədiyyə edə bilər. Rəqəmsal ehtiyatları yığmaq və saxlamaq isə mobil tətbiq vasitəsilə mümkün olacaq.

 

Qeyd edək ki, məhsulun satışa çıxarılma tarixi hələ ki, məlum deyil.

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox