AZ

Yükü sizin əvəzinizə SKELETİNİZ daşıyacaq – 90 kiloqramlıq yük bir çanta qədər yüngül olacaq- VİDEO

4cf39265a125ded2a82b0f561af5c5c8.png
12.12.2019 10:17

 

Amerika Birləşmiş Ştatlarına məxsus “Sarcos Robotics” şirkəti ağır yükləri daşımaq üçün  yeni məhsulu olan “Guardian XO” ekzoskeletini təqdim edib.

 

TED.az xəbər verir ki, ekzoskelet vasitəsilə 90 kiloqramlıq yükü daşıyan insan əlindəki yükü sadəcə 4,5 kiloqram çəkidə hiss edir. “Guardian XO” ekzoskeletinin akkumulyatoru 2 saat enerji saxlayır.

 

Məlumata görə, sözügedən məhsul satışa çıxarılmayacaq. Şirkətin “Guardian XO”nu  icarəyə verəcəyi gözlənilir. Onun icarə haqqı isə il ərzində 100 000 ABŞ dollar olacaq.

 

Qeyd edək ki, məhsul 2020-ci ildən istifadəyə veriləcək.

 

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox