AZ

Dünyanın ən sürətli iki avtomobili bir-birinə qarşı – sizcə, saatda 435,4 kilometr yetərli deyilmi?

a67c54e1752b61228cecd885ecb1e1fb.png
12.12.2019 11:19

Avtomobil həvəskarlarının ən çox önəm verdiyi detallardan biri də sürətdir. "Ölümlə gizlənqaç" hesab olunsa da yaşatdığı adrenalindən dolayı yəqin hamı heç olmasa bircə dəfə sürət həddini aşıb, yaxud bunun arzusundadır.

 

TED.az bu dəfə avtomobil həvəskarları üçün dünyanın ən sürətli iki avtomobilini müqayisə edib.

 

Əvvəlcə "Hennessey Venom GT" superkarına nəzər salaq.

 

Modifikasiya edilmiş mühərriklərinin köməyilə saatda 435,4 kilometr sürətlə hərəkətə qabildir. Mütəxəssislər hesab edirlər ki, yarış zamanı yol düz yox, dairəvi şəkildə olsa, sürət 448 kilometrə çatdırıla bilər.

 

“Hennessey Venom GT” 2011-ci ildə 431 km/s ilə dünyanın ən sürətli maşını “Bugatti Veyron”un rekordunu 435 km/s sürətlə qırıb. Ancaq bu nəticə “Ginnesin rekordlar kitabı”na salınmadı. Çünki bir maşının sürətinin rəsmi olaraq təsdiqlənməsi üçün eyni sürəti eyni yolda gediş-dönüş şəklində göstərməsi lazımdır. “Hennessey Venom GT” isə bu təcrübəni hava limanında həyata keçirmiş, dönüş üçün təkrar sürət təcrübəsinə isə hava limanının rəhbərliyi icazə verməmişdi

 

 

Sözügedən superkarın kapotunun altında altı ötürücülü, əllə idarə edilən sürət qutusu ilə birləşdirilmiş 7.0 litr həcmə malik alüminium bloklu “V8” mühərriki yer alıb. 1244 at gücü və 1565 Nm-dən artıq dönmə qüvvəsi sayəsində 0–100 km/s arasını 2.7 saniyədə tamamlayır.

 

4.655 m, eni 1.960 m olan avtomobil qapılar və tavan xaric karbon fiberdən hazılanıb. 1.244 ton ağırlığa malikdir. Yanacaq çəninin tutumu 70 litrə bərabərdir.

 

 

Bütün bu möhtəşəmliyinə rəğmən “Hennessey Venom GT”nin indi haqqında danışacağımız maşına çatması üçün hələ çox rekord qırması lazım gələcək.

 

“Bloodhound” adı verilən İngiltərə istehsalı supersonik maşın Cənubi Afrikanın şimalında qurumuş bir gölün yatağında aparılan sürət testində saatda 1010 kilometr sürətlə indiyə qədərki bütün maşınları geridə qoyub.

 

İndiyə qədər sadəcə 6 avtomobil saatda 965 kilometr sürət həddini aşa bilib.

 

“Tazı”nın uğurunun diqqətçəkən detallarından biri qırıcı təyyarə mühərriki ilə çalışmasıdır. Maşının dizaynı bundan başqa, raket mühərrikinin qurşadırılmasına da imkan verir.

 

Ox şəklində dizayn edilmiş maşına gələn il raket mühərrikinin quraşıdırılacağı gözlənilir. Bu gerçəkləşdiyi halda mövcud dünya rekordu olan 1228 kilometr/saat sürəti aşa biləcək.

 

 

Superkarlar üçün sürət rekordu 1997-ci ildə ABŞ-da “Thrust SSC” adlı digər Britaniya maşınında qeydə alınıb.

 

“Bloodhound”un əldə etdiyi 1010 km/saat sürəti sərnişin təyyarəsinin orta sürətindən daha yüksəkdir.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox