Nokia telefonlarında da yeni naviqasiya sistemi mövcud olacaq
Keçən həftə HMD Global Nokia 9 PureView flaqman smartfonu üçün Android 10 əməliyyat sisteminin sabit versiyasının yayılmağa başladığını açıqlayıb. Bundan əvvəl yalnız Nokia 8.1 yenilənmə alıb.
Android 10-un son versiyasının üç aydan çoxdur ki, çıxdığını nəzərə alsaq, ağıllı telefonlar üçün yenilənmələrin buraxılması sürətinə görə fəal şəkildə təriflənən bir şirkət üçün bu, olduqca yavaş bir tempdir. Görünür, HMD Global ləng işləməsi ilə bağlı tənqidlərdən nəticə çıxarıb. Belə ki, bu günlərdə Android 10-un son versiyasının indi Nokia 7.1 üçün yayıldığı elan edilib.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, yenilənmə intelektual cavablar, bildiriş tənzimlənmələrində dəyişikliklər, olduğu yer məlumatları üzərində daha çox nəzarət, qlobal qaranlıq rejimi və jest əsaslı yeni naviqasiya sistemi kimi müxtəlif yeni xüsusiyyətləri təqdim edir.
Xatırladaq ki, Nokia 7.1 2018-ci ilin oktyabr ayında Android 8.1 Oreo ilə çalışan paketdə elan edilib, daha sonra Android 9 Pie-ya qədər olan yeniləməni alıb.
Android 10-a qədər növbəti yeniləməni Nokia 6.1, Nokia 6.1 Plus və Nokia 7 Plus almalıdır.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















