AZ

Astronomlar kainatdakı ilk qalaktikanın şəkillərini çəkiblər – ULDUZ FABRİKİ

ed8ef87343d52a0839783b531d0a0528.jpg
12.12.2019 12:07

 

Kainatın uzaq guşəsində astronavtlar tərəfindən əsl "ulduz fabriki" kəşf edilib. Yerdən 13 milyard işıq ili məsafədə yerləşən “MAMBO-9” qalaktikası “Big Bang” partlayışından sonra meydana gəlib. Bu qalaktika birbaşa radio teleskopu ilə müşahidə edilən belə kosmik obyektlərdən birincisi olub.

 

 

TED.az xəbər verir ki, alimlər artıq tapıntının fotoşəkillərini yayımlayıblar və onun xüsusiyyətləri barədə məlumat veriblər. Tapıntı astronomlar üçün bir növ "keçmişə səyahət portalı" oldu. Bu Kainatın yaranmasının ilk mərhələsində necə göründüyünü aydınlaşdırmağa imkan verir.

 

Qalaktika hər il minlərlə günəş kütləsi olan ulduzlar istehsal edir. “MAMBO-9”dakı ümumi qaz və tozun ümumi kütləsi “Süd Yolu” ulduzlarının kütləsindən 10 qat çoxdur. Qalaktika artıq öz işıqlandırmalarının çoxunu yaradıb, lakin böyük məsafənin olması səbəbindən onlar Yerə milyard illər sonra çatacaq.

Elm bölməsindən digər xəbərlər

Daha çox