AZ

Apple-ın nadir səxavəti – yeni Mac Pro üçün genişləndirilmiş zəmanət son dərəcə ucuz başa gələcək

229a478d8918f7189120cb6e5e3c7d8b.jpg
12.12.2019 12:35

İstənilən versiya üçün

 

Yayın əvvəlində təqdim edilən Apple Mac Pro, əlbəttə ki, öz qiyməti ilə heyrətləndirdi. Onun baza versiyası 6000 dollar olaraq qiymətləndirilir. Lakin Apple konfiquratoruna daxil olaraq, hazırda mövcud olan maksimum konfiqurasiyanı seçdikdə (proqram təminatı və aksesuarları nəzərə almadan) qiymət 50 000 dollardan çox olacaq!

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, belə bir fərdi kompüter üçün əlavə zəmanətin dəyərinin qəpik-quruş olduğu ortaya çıxıb. Əlbəttə ki, kompüterin qiymətinə uyğun olaraq. Konfiqurasiyadan asılı olmayaraq, Mac Pro üçün AppleCare+ yalnız 300 dollara başa gələcək.

 

AppleCare+ normal üç il zəmanəti genişləndirir, eləcə də cihazda yaranacaq qismən iki qeyri-zəmanətli hadisəni əhatə edir: korpusun zərəri üçün 100, digər zərər növləri üçün 300 dollar.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox