Sevimli oyunlarınızı pulsuz yükləyin
Oyunlar artıq həyatımızın bir parçasına çevrilib. Bəzi insanlar oyunlara o qədər aludə olublar ki, bunun üçün istənilən qədər pul ödəməyə hazırdırlar. Bu cür oyun həvəskarları üçün şad xəbərimiz var: “Play Market” oyunların bəzilərini endirimə salıb. Bəlkə, onların arasında sizin sevimli oyununuz da var.
TED.az sizə endirimə düşmüş oyunların adını açıqlayır:
1.“Stickman Legends: Shadow War offline Fighting Game”. Oyun üçün yaş həddi 12 yaş və daha yuxarı. Bu oyun ən yaxşı “RPG” (Role Playing Game) döyüş oyunudur. Qeyd edək ki, “Stickman Legeds” oyunçular tərəfindən 5 baldan 4,4 balla qiymətləndirilib.
2.Endirimə düşmüş ikinci oyun “911 Operator”dur. Oyunun şüarı “Dünyanın bütün şəhərlərində oyna”dır. Oyunçulardan biri qeyd edir ki, oyuna müxtəlif mitinqlər, yeni silahlar əlavə etmək mümkündür. Əvvəlki qiyməti 6,20 dollar olan oyunu hazırda 1,29 dollara yükləmək mümkündür.
Qeyd edək ki, “911 Operator” üçün endirim 5 gün davam edəcək.
3.Həyəcan sevənlər üçün daha bir yenilik: “Zombie Age 3 Premium: Rules of Survial” oyununu 0,26 dollara əldə etmək mümkündür. 12 yaşdan yuxarı bütün oyunçular bu fürsətdən yararlana bilərlər. Oyunçular “Rules of Survial”ı 5 baldan 4,6 balla qiymətləndirirlər.
Unutmayın, oyun yaradıcılarının sizə ismarıcı var: “Sakitliyinizi qoruyun və çalışın ki, oyun qurbanına çevrilməyəsiniz!!!
4.Endirimə düşmüş başqa bir oyun da “Blackthorn Castle” macəra oyunudur. Hazırda pulsuz təqdim olunan oyun 4,7 balla qiymətləndirilir. Xatırladaq ki, fürsətdən 3 gün ərzində yararlana bilərsiz.
Çalışın ki, özünüzə uyğun olan oyunu seçin və bundan zövq alın.
Günay ƏLİYEVA
TED + bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















