AZ

Texnologiyanın dünəni və bu günü: Haradan haraya...

f66c1c082fd51175bcf8be820a6e65e6.jpg
12.12.2019 13:30

Fərqində olmasaq belə, texnologiya artıq illə, ayla yox, günlə irəliləyir. “Əvvəllər arzusunda olduğumuz gələcəyin özündə yaşayırıq” desək, çox da yanılmarıq.

 

TED.az dünəndən bu günə texnologiyanın inkişafını kəskin fərqlə ortaya qoyan 8 fərqi təqdim edir:

 

1. 1900-cü illərdə ən güclü araba 20 at gücündəydi. İndi isə kiçik otbiçən maşın 20 at gücündə istehsal edilir.

 

 

 

 

2. “Apollon” raketindəki kompüterlərin hafizəsi cəmi 4KB idi. Günümüzdə isə bu qədər yaddaş həcmi kiçik bir şəklin açılmasına yetmir.

 

 

 

 

3. Ən ucuz e-kitab cihazının yaddaşında 1500-ə yaxın kitab toplanır. Çox da uzaq olmayan keçmişdə isə bu qədər kitab böyük bir otağı tuturdu.

 

 

 

 

4. 1880-ci illərdə “Kodak” fotoaparatı cəmi 100 şəkil çəkə bilirdi. Hazırda isə orta səviyyəli “ağıllı” telefon 10 minə yaxın şəkil çəkə bilir.

 

 

 

 

5. 1946-cı ildə istehsal edilmiş bu cihaz 46 kvadrat metr ərazini əhatə edir. Hazırda isə bütün mobil telefonların bu cihazı əvəz edən funksiyası var. Söhbət kalkulyatordan gedir.

 

 

 

 

6. 1990-cı illərin əvvəlində bir disket orta hesabla 90KB yaddaşa malik idi. Hazırda isə bir USB-nin yaddaşı 28,4853888 kilometrlik disket silsiləsinə bərabərdir. Müasir USB-lər orta hesabla 16GB-lıq məlumatı depolaya bilirlər.

 

 

 

 

7. 1948-ci il istehsalı olan “Admiral 9A111” televizorunun ekranı 653x499 Mp olduğu halda, hazırda televizorların ekranı ən pis halda 3840x2160 Mp-dir.

 

 

 

 

8. Orta hesabla 480 mahnını depolaya bilən 1 iPOD əvvəlki kasetlərin 38 ədədinə ekvivalentdir.

 

 

 

 

 

 

 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox