AZ

GOV.az zonasından ən son hansı domenlər qeydiyyatdan keçib? – SİYAHI

e7d3d6aae31961bc2efa0c00ae934ddd.jpg
12.12.2019 14:09

GOV.az zonasından ən son qeydiyyatdan keçən domenlərin siyahısı açıqlanıb.

 

TED.az xəbər verir ki, gov.az zonasında son qeydiyyatdan keçən qurumlar Baş Prokurorluq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Birjalar Şurası İctimai Birliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Xüsusi Dövlət Mühafizə Xidmətidir.

 

Baş Prokurorluq – “anticorruption.gov.az”, İİTKM – “enterpriseazerbaijan.gov.az”, Birjalar Şurası İctimai Birliyi – “eherrac.gov.az”, “herrac.gov.az”, “auction.gov.az” və “birja.gov.az”, Azərbaycan Respublikası Auditorlar Palatası – “e-audit.gov.az”, KOBİA – “ekob.gov.az”, Xüsusi Dövlət Mühafizə Xidməti isə “scc.gov.az” domeni ilə qeydiyyatdan keçib.

 

Qeyd edək ki, üçüncü səviyyəli GOV.az domenlərinin qeydiyyatını Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi həyata keçirir.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox