AZ

Yeni Mitsubishi ASX yolsuzluğu dilerlərə çatdırıldı

12.12.2019 14:22

Yaponiyanın Mitsubishi brendi yenilənmiş Mitsubishi ASX krossover brendini keçən ay keçirilən sərgilərdən birində təqdim edərək, dərhal əvvəlcədən sifarişlərin başlandığını da elan edib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, indi yolsuzluq avtomobilinin Çin bazarında yerli dilerlərə daxil olduğu barədə məlumatlar ortaya çıxıb. Yeniliklərdən danışsaq, qeyd etmək lazımdır ki, kuzanın  dizaynı üzrə ciddi yeniləmələr yoxdur. Lakin bahalı bəzək materiallarının tətbiq olunduğu salonda əhəmiyyətli dəyişikliklər var.

 

Avtomobil qabaqcıl variantları olan təkmilləşdirilmiş multimedia sistemi alıb. Yeniliklər arasında yeni alət panelinin tətbiqinin, eləcə də bir çox fiziki düymələrin ixtisar edilməsinin göstərilməsi də vacibdir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox