2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alınıb
2019-cu ildə istifadəçilərə böyük pullar vəd edən məktub və elanların göndərilməsi (SCAM) kimi fırıldaqçılıq hallarında kəskin artım müşahidə olunub.
Bu barədə TED.az-a “Kaspersky” şirkətindən məlumat verilib.
2018-ci illə müqayisədə istifadəçilərin SCAM resurslara yönləndirilməsi halları 13 dəfə artıb. Ötən ilin iyun-dekabr aylarında təxminən 2,7 milyon belə cəhd qeydə alınıbsa, 2019-cu ilin eyni dövründə belə cəhdlərin sayı 36,7 milyona çatıb.
Eyni zamanda 2019-cu ilin yayından bəri “Kaspersky” hər ay təxminən 2 min yeni SCAM-resurs aşkarlayıb.
İstifadəçilərə ən çox aksiya və ya sorğularda iştirak etmələri müqabilində mükafat və sosial ödənişlər vəd olunur. Ancaq vəd edilmiş məbləği almaq üçün adətən kiçik komissiya ödənişi tələb edilir. Nəticədə isə istifadəçi vəsait əldə etmir və "komissiya" cinayətkarların hesabına köçürülür. Bundan əlavə, istifadəçi ödəniş məlumatlarının təhlükəsizliyini riskə atır.
Təcavüzkarlar çox vaxt insanların xüsusi səy göstərmədən cüzdanlarını doldurmaq həvəsindən faydalanırlar. Onlara yalnız potensial qurbanları həvəsləndirmək və sayıqlıqlarını zəiflətmək qalır ki, kiçik bir yatırıma ehtiyac duyulduğu mərhələdə istifadəçi imtina etməsin.
SCAM çox vaxt böyük şirkətlər tərəfindən keçirilən sorğu və ya aksiyaya bənzəyir. Bundan əlavə, fırıldaqçılar məşhurlar tərəfindən qazanılmış lotereyaları imitasiya edirlər. Digər populyar sxem isə sosial ödənişlər, məsələn, təqaüd əmanətləri almaq təklifidir. 2019-cu ildə fırıldaqçılar öz fəaliyyət sahələrini genişləndiriblər və elektron poçtdan əlavə sosial şəbəkələr, video xidmətlər, bloqlar və digər platformalardan istifadə edirlər.
“Hazırda informasiya təhlükəsizliyi baxımından ən zəif nöqtə elə insan özüdür. Təcavüzkarlara nəyisə sındırmaq və ya yoluxdurmaq lazım olmur, onlar sadə, lakin təsirli sosial mühəndisliyə müraciət edirlər. Nəticədə insanlar özləri bütün məlumatları, bəzən isə pullarını verirlər. Buna görə də, rəqəmsal savadlılığın etibarlı müdafiə həlli qədər vacib olduğunu hesab edirik”, - deyə “Kaspersky” şirkətinin məzmun təhlili şöbəsinin rəhbəri Konstantin İqnatyev bildirib.
“Kaspersky” şirkəti əsas təhlükəsizlik qaydalarını xatırladır:
- şübhəli linklərə daxil olmaq olmaz;
- hər hansı aksiyada iştirak etməzdən öncə onun həqiqətən qeyd olunan brend və ya məşhura aid olub-olmadığını yoxlamaq vacibdir;
- “Kaspersky Total Security” kimi aktual məlumat bazası olan etibarlı qoruyucu həllərdən istifadə etmək lazımdır;
- əgər təklif olduqca cəlbedicidirsə, çox güman ki, bu feykdir.
TED + bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















