AZ

Hülusi Akar: Türkiyə S-400 zenit-raket kompleksindәn imtina etmәyәcәk

1ef27338fda65596fc8db2838a2235e8.jpg
12.12.2019 15:40

TED.az xəbər verir ki, bunu “Anadolu” Agentliyinә müsahibәsində Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar deyib. 

 

Son günlәrdә “S-400” sistemi ilә bağlı gedən mübahisələrə münasibət bildirən Müdaifə naziri “S-400” zenit-raket kompleksindәn imtina etmәk fikrində olmadıqlarını  bir  daha vurğulayıb.

 

Hәrbi personalın tәliminin bu ilin sonunadәk davam etdirilmәsinin planlaşdırıldığını deyən H.Akar sistemin 2020-ci ilin yaz aylarında hazır vәziyyәtә gәtirilәcәyini sözlәrinә әlavә edib.

 

Nazir NATO ölkələri ilə ikinci havadan müdafiә sistemi ilә bağlı müzakirәlәrin də davam etdiyini söylәyib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox