AZ

Polis İnstaqramda qız adı ilə saxta hesab açaraq cinayətkarı yaxaladı

c98f80651b1f18834fcf864b3c2a88c4.jpg
12.12.2019 15:51

Türkiyənin Ədirnə şəhərində polis fərqli üsulla axtarışda olan şəxsi yaxalayıb.

 

TED.az Türkiyə mediasına istinadən xəbər verir ki, barəsində beş il altı ay iyirmi gün həbs qərarı olan və ələ keçməmək üçün tez-tez yer dəyişən Yaşar Devirəni axtaran polis İnstaqramda saxta hesab açaraq qız adı ilə onunla danışıb.

 

Daha sonra Devirəni ticarət mərkəzində görüşə çağıran polis onu avtomobilində ikən yaxalayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox