Google Map bəzi bölgələri niyə sirr kimi gizlədir?

Dünyada elə gizli yerlər var ki, heç kimin onları görməyinə icazə verilmir. Belə ki, peyk antenləri tərəfindən aparılan çəkilişlərdə belə, bu görüntülər ya “Google” tərəfindən silinir, ya da müəmmalı bir şəkildə qaraldılır. TED.az olaraq sizə bu cür yerləri tanıtmaq istəyirik.
Rusiyadakı müəmmalı ərazi deyilənlərə görə, rusların gizli tədqiqatlar apardığı bir yerdir. Burada yeraltı dünyaya açılan qapının olduğunu deyrilər. Vaxtilə Sibirə sürgün edilmiş və həbsxanadan qaçmış 5 məhbusdan biri olan Remenis Nikolayeviçin sözlərinə görə, onlar meşədə gizlənən zaman kiçik bir daxma görüblər. Daxmaya baxmağa gedən 3 nəfər müəmmalı şəkildə yoxa çıxır. Qalan iki nəfər nə qədər gözləsələr də yoldaşlarından bir daha xəbər ala bilmirlər.
Nepal sərhədlərindəki dağlıq bölgənin 7000 metr yüksəkliyində yerləşən daha bir ərazi “Google Map”də müəmmalı bir şəkildə gizlədilir. Qeyd edək ki, ərazi gizli tədqiqatların aparılması üçün çox əlverişli görünür.
Başqa bir müəmma iş adamı Aleksey Millerin evidir. Dünyada onlarla kral, dövlət başçısının evi göründüyü halda, Millerin evinin gizlədilməsi çox maraqlıdır. Xatırladırıq ki, Miller Rusiyadakı “Qazprom” enerji şirkətinin idarə heyətinin direktorudur.
Çilidəki Tantako qoruğu da sadəcə heyvanların yaşadığı meşəlik bir ərazi olmasına baxmayaraq, gizlədilir. Əvvəllər bu ərazidə olmuş bəzi jurnalistlər bildirirlər ki, burada tarixdən əvvəl yaranmış bəzi simvollar var. Adi gəzinti vaxtı nəzərə çarpmayan rəmzlər göydən baxan zaman aydın şəkildə görünür. Bu ərazinin üzərindən təyyarələrin keçməyi də qadağandır. Buna səbəb kimi burada hava boşluğunun olması göstərilir.
“Google”da dumanlandırılmış daha bir ərazi Amerikada yerəşir. Ərazinin ətrafı elektrikli məftillərlə haşiyələnib. Yaxınlıqda yaşayan insanların dediklərinə görə, buradan zaman-zaman ildırım səsinə bənzər vahiməli səslər gəlir.
Mazda yarış ərazisi də xəritədə olduğundan daha fərqli göstərilir. 2006-2010-cu illər ərzində buranın işçisi olmuş Devid Rassl internetdə bu ərazi haqqında belə bir şərh yazmışdı: “Oturacaqların altında haraya çıxdığı məlum olmayan labirint mövcuddur. Labirintin bir çox qapısından müdirlərin də keçməsinə icazə verilmir. Ard-arda düzülmüş hər qapının öz şifrəsi var. Bu, doğrudan da çox maraqlıdır.”
Və nəhayət, Şimali Koreya Respublikasının demək olar ki, bütün ərazisi “Google”da yaşıllıq bir sahə kimi əks olunur. Bəzi kənd təsərrüfatı ərazilərindəki kiçik tikililərdən başqa heç bir ev və ya bina xəritədə görünmür. Nəzərinizə çatdırırıq ki, Koreya adətən turist qəbul etmir. Dövlət tərəfindən rəsmi icazəsi olmayan heç kim burada şəkil çəkib paylaşa bilməz. Demək olar ki, heç bir koreyalının da internetə çıxışı yoxdur. Bütün dünyaya maraqlı olan bu sirlərin nə vaxtsa açılıb-açılmayacağının özü də sirr olaraq qalır.
Günay ƏLİYEVA
TED + bölməsindən digər xəbərlər
Netflix və Spotify podcast tərəfdaşlığını elan edir


Yeni Xbox PS6-dan daha güclü ola bilər


Honor şirkəti Robot Telefon konseptini təqdim edir


Slack AI dəstəyi qazanır


Anker iPhone 17 şarj cihazlarını təqdim edir


ChatGPT-nin siyasi neytrallığı ölçüldü!


Apple iOS 26.1 beta 3-ü buraxdı

Yeni Star Trek seriyası gəlir


Çin texnologiya sektorunu poza bilər


Apple TV+ adı dəyişdirildi!


Süni intellekt dünyasını silkələmək üçün NVIDIA DGX Spark


Google reklamları gizlənə bilər!


Microsoft şirkəti MAI-Image-1 AI modelini təqdim etdi


Qüsurlu GPS probleminin həlli


Windows 10 dəstəyinin sona çatması


Apple M5 ilə işləyən MacBook üçün geri sayım başladı


Samsung səkkiz model üçün One UI 8 yeniləməsini buraxır!


Xiaomi YU9 ortaya çıxdı


Kameralı AirPods Pro gəlir!


Telegram bütün iOS versiyaları üçün Liquid Glass dizaynına keçib


Yeni Apple məhsulları gəlir! Nə gözləmək olar!


Tesla Cybertruck satışları kəskin azaldı!


Phone 3a Lite sızıntılarından heç nə aşkar edilmir


PlayStation 6 xəyal qırıqlığı ola bilər!


vivo sərfəli vivo TWS 5 seriyasını elan edir!


vivo Pad 5e rəsmi olaraq təqdim edildi!


Elektrikli Toyota Corolla gəlir


vivo X300 seriyası təqdim olundu!


Həftənin ən çox oxunanları
Yeni Audi A4 hər şeyi dəyişə bilər


iOS 26.1 Public Beta 2 çıxdı!


KIZILELMA ilk sursat atış sınağını tamamladı


The Witcher 4-cü sezonun treyleri yayımlandı


X Premium inkişaf edir


Elektrikli Renault Twingo gəlir


AltStore, App Store alternativi genişlənir


Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!


Xiaomi 17 Pro Max rəsmi olaraq batareya testinə girdi!


Fizika üzrə 2025-ci il Nobel mükafatı laureatları bəlli olub.

