Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə!
Azercell Telekom mobil operator şirkəti ənənəsinə sadiq qalaraq bu il də dekabrın 1-dən yanvarın 6-dək “Nargis Fund” tərəfindən Fəvvarələr meydanında keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək olur.
TED.az xəbər verir ki, xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək. Ötən ay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən Azercell şirkəti bu ilki yarmarka ziyarətçilərinə müasir zamanın ən qabaqcıl və sürətli əyləncə vasitəsi - 5G virtual oyunlarını təqdim edir.
Belə ki, heç bir ləngimə olmadan, sürətli və etibarlı bağlantının təmin olunduğu əsl oyun həyəcanını yarmarkaya gələn hər kəs özü yaşaya bilər. İştirakçılar xüsusi Oculus RIFT dəsti vasitəsilə virtual idman ərazisində “multiplayer” rejimində özlərini çoxsaylı oyunçulardan biri olaraq təsəvvür edəcəklər. Bütün bunlar Azercell-in ölkəmizdə ilk dəfə olaraq test rejimində təqdim etdiyi 5G sürəti ilə mümkün olacaq.
Bundan əlavə, Azercell “Soyuq Əllər, İsti Ürək” yarmarkasına gələn hər kəs üçün Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Rəqəmsal dünyada da həmrəy olaq!” şüarı altında foto müsabiqə elan edir. 5 yanvar 2020-ci il tarixinə qədər keçiriləcək müsabiqənin iştirakçıları müsabiqə mövzusunun atributikasına aid çəkdikləri şəkli Azercell heşteqi altında Facebook və İnstagram səhifələrində yükləməklə şirkətdən dəyərli hədiyyələr əldə edəcəklər.
Qeyd edək ki, müsabiqənin şərtləri ilə bu SƏHİFƏDƏN ətraflı şəkildə öyrənə bilərsiniz.
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












