AZ

Azərbaycanın Qlobal İnnovasiya İndeksində – REYTİNQ

d81c7b89fc13a434c988f2d4b2558cc4.png
12.12.2019 18:00

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization) 2019-cu il üzrə dünya ölkələrinin Qlobal İnnovasiya İndeksini (Global Innovation Index) açıqlayıb.

 

TED.az xəbər verir ki, Azərbaycan siyahıda 2 pillə geriləyərək, 129 ölkə arasında 84-cü olub. Ölkəmiz maksimum 100 baldan 30,2 bal toplayıb.

 

Azərbaycan “Bazar həssaslığı” indikatoru üzrə 56,5 balla 31-ci yeri tutub. “İnstitutsionallaşma” indikatorları üzrə ölkəmiz 64,5 balla 59-cu yerdə qərarlaşıb. “Biznesin həssaslığı” (24,5 balla 103-cü yer) və “Biliklər və texnoloji nəticələr” (14,9 balla 101-ci yer) indikatorları üzrə daha zəif nəticələr qeydə alınıb.

 

Cədvələ İsveçrə (67,24 bal), İsveç (63,65 bal), ABŞ (61,73 bal) başçılıq edir.

 

İqtisadçı ekspert Samir Əliyev qeyd edib ki, indeksi hazırlayanlar hesabatda bir sıra tendensiyaları qeyd ediblər: “Dünyada iqtisadi azalma fonunda innovasiya fəaliyyəti inkişaf etsə də qarşıya yeni maneələr çıxır. Qlobal innovasiyaların landşaftı dəyişir və orta gəlirli ölkələrdə artım müşahidə edilir. İnnovasiya resursları və innovasiya fəaliyyətinin nəticələri hələ də bir neçə ölkə üzrə təmərküzləşib və buna görə ölkələr arasında innovasiyanın inkişaf fərqi qalmaqdadır. Həmçinin hesabata əsasən, bir sıra ölkələrdə innovasiya sferasına yatırımlardan qazanclar digərləri ilə müqayisədə yüksəkdir. İnnovasiyalarda kəmiyyət amilində keyfiyyət amilinə keçid əsas vəzifə olaraq qalmaqdadır. Əsas aparıcı elmi-texniki klasterlər isə ABŞ, Çin və Almaniyada yerləşir. İlk dəfə olaraq Braziliya, Hindistan, Rusiya və Türkiyə klasterləri də Top 100-lüyə düşə bilib”.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox