AZ

Təsdiqləndi: yeni Intel Core i5 masaüstü CPU daha məhsuldar olacaq

b3b55a1ed17439f02b5150a29917d187.jpg
12.12.2019 18:18

Hyper Threading-ın dəstəyi ilə

 

Intel şirkəti gələn il Comet Lake masaüstü prosessorunu buraxacaq. Bu CPU cari mikroarxitekturanı və texnologi prosesi saxlayacaq, lakin birincisi, yeni LGA 1200 yuvasına keçəcək və ikincisi, nüvələrin maksimum sayı 10-a qədər artacaq.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər internet şəbəkədə Core i5 modellərində  Hyper Threading dəstəyinin peyda olması  ilə bağlı şayiələr var idi. İndi isə testlər bunu təsdiqləyir.

 

3DMark 11 bazasında peyda olan altı nüvəli Core i5-10600-ün, altı nüvəyə malik bir CPU və 12 axınla eyni vaxtda işləmək qabiliyyəti olduğu ifadə edilib. Onu Hyper Threading dəstəkləyir.

 

PT-nin tezliyi 3,3 GHz-ə bərabərdir – bu, açıq-aydın əsas dəyərdir. Physics Score testində yenilik 12 707 bal qazanıb.

 

Bu prosessorların nə zaman peyda olacağına gəldikdə isə əvvəllər mənbələr 2020-ci ilin əvvəlindən danışırdılar, son məlumatlar isə aprel ayına işarə edir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox