Pensiyaların köçürülməsi haqqında SMS bildiriş – Beynəlxalq Bankla ƏƏSMN arasında danışıqlar aparılır
Vətəndaşlar pensiya və müavinət vəsaitlərinin karta köçürülməsini SMS funksionallığı vasitəsilə öyrənə biləcəklər.
TED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov deyib.
Kənan Əkpərov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müavinət və pensiya ödənişlərini müxtəlif banklar vasitəsilə həyata keçirir: "Burada Azərbaycan Beynəlxalq Bankı və Kapital Bank əsas iştirakçılardır. Bəzən vətəndaşlar ödənişlərin kartlarına köçürülməsini öyrənmək üçün çağrı mərkəzlərinə zəng edirlər. Hazırda bu xidmət Kapital Bank tərəfindən SMS info funksionallıq formasında təqdim edilir. Pensiya və sosial təminatları Kapital Bank vasitəsilə alan vətəndaşlar bu xidmətə pulsuz şəkildə qoşula bilərlər".
Şöbə müdiri qeyd edib ki, vətəndaşlar sözügedən xidmətdən istifadə etmək üçün bankomatlara yaxınlaşıb öz telefon nömrələrini əlavə edə bilərlər: "Nazirlik də öz növbəsində sistemdə müəyyən edə bildiyi nömrələri banka təqdim edəcək. Yaxud da SMS infoya bankın çağrı mərkəzinə zəng edərək də qoşulmaq mümkündür".
Kənan Əkpərov hazırda Azərbaycan Beynəlxalq Bankı və ƏƏSMN arasında SMS infonun tətbiqi istiqamətində danışıqlar aparıldığını da vurğuladı.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çalışır ki, Azəricard xidmətindən istifadə edən şəxslərə nazirliyin təqdim etdiyi xidmətlər proaktiv şəkildə aparılsın. ƏƏSMN sözügedən SMS info xidmətini növbəti ildən etibarən E-sosial müavinət tətbiqi üzərində də işlədəcək", – deyə şöbə müdiri əlavə edib.
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












