Hansı daha yaxşıdır: Face ID və ya Touch ID? – ARAŞDIRMA
Hər gün həyatımıza demək olar ki, müxtəlif yeni qurğular daxil olur. Məlumatların saxlanması və qorunması üçün müxtəlif təhlükəsizlik metodları düşünürük. Hazırda Apple, o cümlədən digər şirkətlər sahibindən başqa heç kimin smartfondan istifadə etməsinə imkan verməyən çox sayda kilidləmə mexanizmi inkişaf etdirir.
Fərqli qurğularda təhlükəsizliyi qorumağın müxtəlif yolları var, lakin ən çox yayılmış və istifadə olunan üz tanıma və barmaq izidir: Face ID və Touch ID.
Barmaq izi skaneri: Touch ID
Başlayaq ilk çıxan texnologiyadan. İlk dəfə bu texnologiya 2013-cü ildə iPhone 5S modelində ortaya çıxdı. Touch ID-ni sadəcə olaraq, barmaq izi skaneri adlandırırlar. Bu, demək olar ki, bir çox smartfon, o cümlədən planşetlərdə mövcuddur. Telefonu açmaq üçün sadəcə smartfonunuzda və ya planşetinizdə Touch ID hissəsinə vuraraq kilidi aça bilərsiniz.
Toxunma anında cihaz barmaq izini əvvəlcədən qacetin məlumat sisteminə daxil edilmiş etalonla müqayisə edir, eyniləşdirmə ilə bağlı problem olmadıqda cihaz kiliddən açılır.
Üz skaneri: Face ID
2017-ci ildə Apple yeni Face ID kilid açma mexanizmini təqdim edənə qədər Touch ID təhlükəsizlik standartı hesab edilirdi. Bu texnologiyada telefonun kilidini açarkən, xüsusi infraqırmızı kamera üzünüzü skan etmək üçün təxminən 30 min nöqtəyə istiqamətləndirir və üz modelini alır. Daha sonra bu skanı telefonun yaddaşında qeyd olunan standartla müqayisə edir.
Qeyd etmək lazımdır ki, əgər Touch ID-də bəzən uğursuz kilid açma halları olurdusa, Face ID ilə bu, müşahidə olunmur. Qaranlıqda üzünüzü skan edə bilərsiniz və eynək taxdığınız zaman belə, kilidi açmaqda demək olar ki, heç bir çətinlik olmayacaq. Hətta cihaz istifadəçini dəyişdirilmiş bir görünüşlə, yeni bir saç düzümü, bığ, saqqal və s. ilə tanımağa imkan verir. Nəzərə almaq lazımdır ki, skan üçün baş hərəkəti etməlisiniz.
Apple müdafiəni şübhə altına alan, bütün məlumatlara girişi təmin edə biləcəyi üçün əkizlərə Face ID istifadə etməyi tövsiyə etmir.
Nəticədə...
Sistemlərin hər birinin müsbət və mənfi cəhətləri var.
Touch ID bu üstünlüklərə malikdir:
- Zamanla sınaqdan keçirilmiş sistemdir, modullar etibarlı işləyir və zədələnmə halında təmiri ucuzdur (üz tanımanın təmiri bir neçə dəfə baha başa gəlir);
- Cihaza baxmadan, istənilən bucaqdan və ya smartfon masada olduqda istifadə edə bilərsiniz (üz tanıma sistemində üz və ekran arasında müəyyən bir bucaq tələb edir):
- Cihazda beş fərqli istifadəçi yaratmağa imkan verən 5 barmaq izini təyin edə bilərsiniz (Face ID yalnız bir neçə üzü xatırlayır).
Face ID-nin bu cür güclü cəhətləri var:
- Daha müasir qorunma, hack edilmə şansı azdır;
- Cihazda xüsusi bir düymə/zona tələb etmir;
- Smartfonu əlcəklə də aça bilərsiniz.
Kiçik bir fərqlə Touch ID-nin Face ID-dən daha üstün olması qənaətinə gəlinir. Touch ID istifadə etmək daha rahatdır. Face ID ilə bəzi problemlər, məsələn, tam qaranlıqda və ya kassada ödəmə zamanı yarana bilər.
Hansının istifadəsi daha əlverişlidir: barmaq izi skaneri və ya üz tanıma ilə kiliddən çıxarmaq? Bunu hər kəs özü üçün müəyyənləşdirməlidir. Bununla yanaşı, yeni trendi təqib etmək də maraqlıdır.
Şəfiqə Rəşid
Texnologiya bölməsindən digər xəbərlər
Süni intellekt 9-cu avtomobil qalibini seçdi!
OnePlus Pad Go 2 Dimensity 7300 və 5G dəstəyi ilə gəlir
Fiat Ulysse satışa çıxarıldı
Android 16 Yeni Xüsusiyyətlərlə Gəlir
Apple iOS 18 istifadəçilərini iOS 26-ya yeniləməyə təşviq edir
İƏT Yaradıcı Həftə Bakı 2025: CulTech-in yüksəlişi və yeni regional yaradıcılıq ekosistemi
Amazon və Nvidia böyük tərəfdaşlıq elan etdilər!
Mercedes G-Class Convertible-ın yeni şəkilləri paylaşılıb
YouTube Spotify-a bənzər bir funksiyanı təqdim etdi!
"Avatar 3" Filmi Çıxdı
Circle to Search fırıldaqçıları aşkarlayacaq!
Galaxy S26 Ultra Rəngləri Sızdırıldı!
Elektrikli avtomobillərin güc mübarizəsi: Çin şirkətləri güclənir!
2026 Porsche Cayenne Electric Yolsuzluq Qabiliyyəti ilə Gəlir!
Kia EV2-nin satışa çıxarılma tarixi və yeri açıqlandı!
Vivo S50 Pro Mini Geekbench-də Görünür!
Xiaomi 17 Ultra Qabaqcıl Linzalarla Gəlir
Sevimli iPhone Modelinə Vida
Apple-da Süni İntellekt Zəlzələsi!
Tarixdə ilk BMW M avtomobili satışa çıxarılıb.
Samsung-da Yaddaş Böhranı!
Süni intellekt şirkətlərdə fəlakətlərə səbəb olur!
Yaradıcı Mərkəzin “AI4ART”ı nağılları süni zəka ilə ekranlaşdırdı
Xiaomi EV Üçüncü Ardıcıl Ayda 40.000 Avtomobil Təqdim Etdi!
Galaxy Z Fold FE Yolda Ola Bilər!
Samsung Dekabr 2025 Təhlükəsizlik Yeniləməsi Yol Xəritəsi
Opera Gemini Dəstəyi ilə Süni İntellektini Genişləndirir
BDU-da təlim: “Yaradıcılığımı biznesə necə çevirim?”
XREAL 1S Avtomatik 2D-3D Çevrilmə ilə Gəldi!
Həftənin ən çox oxunanları
Apple-ın M5 MacBook-ları və Əlverişli Yeni "MacBook" İddiaları!
Forza Horizon 6 bu tarixdə gəlir
Yeni Peugeot 308 Türkiyəyə gəlir
ChatGPT-nin ən çox istifadə edilən xüsusiyyətləri bunlardır!
OnePlus Ace 6T Snapdragon 8 Gen 5 ilə Gəlir!
Caviar iPhone 17 Pro "Gizli Sevgi" Kolleksiyasını Təqdim Edir!
Gemini masaüstü tətbiqi gəlir!
ChatGPT Axtarışa Əsaslanan Reklam Sistemini Sınayır!
Windows 11 yenə dəli oldu!
Nothing OS 4.0 bu cihazlara gəldi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

