Elektrikli diş fırçası ənənəvi fırçadan yaxşıdır, yoxsa...? – ARAŞDIRMA
Diş fırçası smartfon olmasa da, daim yenilənir. Diş təmizliyinin vacibliyini valideynlərimiz bizə yol hərəkəti qaydalarından və ya böyüklərlə davranış qaydalarından əvvəl öyrədirlər. Hər şeyin elektrikləşdiyi dövrdə diş fırçası da geridə qalmadı. “Elektrikli diş fırçası dişləri daha yaxşı təmizləyir” fikrini bütün diş həkimləri təsdiqləyir. TED.az sizə elektrikli diş fırçasının ənənəvi fırçadan fərqini açıqlayacaq:
Adi bir diş fırçası istifadə edərkən ortaya çıxan əsas problemlərdən biri təmizlənmə üçün vaxtın düzgün ayrılmamasıdır. Məsələn, peşəkar diş həkimləri dişlərinizi ən azı iki dəqiqə fırçalamaq lazım olduğunu söyləsələr də, demək olar ki, bütün insanlar diş fırçası təmizliyinə tövsiyə olunan vaxtın yarısını sərf edirlər. “Oral B” statistikasına görə, bir adam cəmi 46 saniyə diş təmizliyinə sərf edir. Müasir elektrik diş fırçaları isə quraşdırılmış taymer üzərində işləyir. Əlbəttə, hamam otağına smartfon aparıb vaxtı izləyə bilərsiniz, ancaq elektrikli diş fırçasından istifadə daha rahatdır.
Elektrikli fırçanın yuvarlaq başı ənənəvi diş fırçasından yüzlərlə dəfə daha sürətli hərəkət edir. Bir insan istəsə də fırçanı bu qədər sürətli hərəkət etdirə bilməz. Elektrikli fırçaların çoxu müxtəlif uzunluqda tükcükləri olan yuvarlaq başlıqlıdır. Bunların hamısı eyni vaxtda hərəkət edir və buna görə də demək olar ki, diş və diş ətlərindən maksimum sayda bakteriya çıxara bilir.
Elektrik fırçalarına sensor qurulur və süni intellekt sistemlərindən istifadə edərək fırçanın hərəkəti izlənir. Məsələn, “Genius X” sistemi təmizlik texnikasını xatırlayır və dişlərin xəritəsini çəkir – istifadəçi şəkli smartfonlar üçün “Oral B” tətbiqində görə bilir. Əgər istifadəçi dişə möhkəm təmas edərsə, fırça avtomatik olaraq tənzimlənir.
Elektrikli diş fırçası uşaqları diş gigiyenasina öyrətmək üçün də yaxşı üsuldur. Uşaqlar eletronik cihazları sevirlər. Bu cihaz smartfonla əlaqələnirsə, onlar üçün ikiqat əyləncəyə çevrilir.
Elektrikli diş fırçaları müxtəlif başlıqlıdır. Siz özünüzə uyğun başlığı seçib fırçadan istifadə edə bilərsiniz. Bəzi alıcılar düşünə bilər ki, elektrikli diş fırçası su ilə təmas edərsə, xarab ola bilər, amma bu, heç də belə deyil. Siz elektrikli fırça ilə hətta hovuza girə bilərsiz.
Günay ƏLİYEVA
TED + bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















