AZ

Huawei smart mağaza istifadəyə verdi

e112eba2430afd10a65c5a2517f3c92a.jpg
04.01.2020 12:00

"Huawei" şirkəti Çinin "Wuhan Optics Valley" beynəlxalq inkişaf mərkəzində ilk ağıllı (smart) mağazasını istifadəyə verib.

 

TED.az xəbər verir ki, slindrik formalı smart mağaza güllə keçirməyən şüşə ilə təchiz olunub.

 

"Huawei"in ağıllı mağazasında hər gün fasiləsiz olaraq 3 avtomatlaşdırılmış robot çalışır. Sözügedən mağazada hazırda smartfon və aksesuarlar satılır. Alıcılar mağazaya gələ, hətta onlayn şəkildə sifariş verə bilərlər.

 

"Huawei" şirkətinin nümayəndələri bildiriblər ki, gələcəkdə ağıllı mağazaların sayını artıra bilərlər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox