Hyundai Uber-lə birgə hava taksisini təqdim etdi
"Hyundai" "Consumer Electronics Show-2020" texnologiya sərgisi çərçivəsində "Uber" ilə birgə istehsal edilən elektrikli hava taksisi "S-A1"-i təqdim edib.
TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələlik ideya formasında olan hava taksisi 4 nəfərlik olacaq və qısa mənzilli səyahətlər üçün nəzərdə tutulur.
Elektriklə işləyən avtomobil helikopter kimi şaquli qalxıb-eniş edəcək.
"S-A1", eyni zamanda "Hyundai"ın "Urban Air Motion" şöbəsinin ilk məhsulu olacaq.
Hava taksisinin sürətinin saatda maksimum 290 kilometr, uçuş yüksəkliyinin 300-600 metr, mənzilinin maksimum 100 kilometr olacağı gözlənilir.
"S-A1"-in enerji yığması üçün 5-7 dəqiqə vaxt lazım gələcək.
"Hyundai" rəsmiləri "S-A1"-i etibarlı, səssiz, büdcəyə uyğun və insanmərkəzli bir avtomobil kimi xarakterizə edirlər.
Dörd propeli olan avtomobildə ilk mərhələ üçün sürücüyə ehtiyac olacaq. Növbəti modellərdə isə avtomobilin sürücüsüz olacağı planlar arasındadır.
Mütəxəssislər uçan avtomobilin nə zaman istehlaka təqdim ediləcəyi barədə məlumat verməyiblər.
"Hyundai" mütəxəssisləri hava taksisindən başqa, daşıma mərkəzi konsepti "Hub" və yerdə istifadə üçün nəzərdə tutulan PBV üçün də anons veriblər. PBV həm taksi, həm də restoran kimi istifadə ediləcək yaşayış sahələrindən təşkil olunacaq.
4-6 metr böyüklüyündə sürücüsüz olacaq bu nəqliyyat vasitələri tək və ya konvoy kimi istifadə ediləcək. PBV-lər hərəkət halında olarkən enerji yığa biləcək.
"Hub" isə Hyundai"ın hava və yer taksiləri üçün bir növ eniş platforması olacaq.
"Hyundai"dan hansısa açıqlama verilməsə də bu platformaların elektrikli avtomobil enerjiyığma stansiyaları olacağı ehtimallar arasındadır.
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









