AZ

Bu il mobil oyunlardan əldə olunacaq gəlir açıqlandı – PROQNOZ

7b38db5939beacef3e095c39f6ea1558.jpg
09.01.2020 09:45

Bu il mobil oyunlardan əldə olunacaq gəlirin 76 milyard dollara çatacağı proqnozlaşdırılır.

 

TED.az xəbər verir ki, bu haqda "Newzoo" analitik şirkətinin mütəxəssisləri məlumat yayıb.

 

Mütəxəssislərin fikrincə, cari ildə "PUBG Lite" kimi tətbiqlərin daha çox "yüngül" versiyaları ortaya çıxacaq. Bu isə büdcə smartfonu istifadəçilərinin auditoriyasının genişlənməsi ilə bağlı olacaq. Oyun mexanikasının artan mürəkkəbliyi ilə kontrollerin, gamepadların və qarniturların əhəmiyyəti artacaq. Periferik qurğular daha yığcam və portativ olacaq.

 

 

"Mobil oyunlar bazarı ən böyük oyun seqmentinə çevriləcək. Bu prosesdə isə ən yüksək gəliri Çin Xalq Respublikası (25 milyard dollar) əldə edəcək", - deyə mütəxəssislər əlavə ediblər.

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox