AZ

İranda Ukrayna təyyarəsinin vurulma görüntüləri - ANBAAN VİDEO

981a25ecc3f87a5392ebf7c90d3f9eb5.jpg
10.01.2020 09:57

İki gün öncə İranın paytaxtı Tehranda qəzaya uğradığı deyilən və 176 nəfərin ölümünə səbəb olan təyyarənin raketlə vurulma görüntüləri yayılıb. 

 

TED.az xəbər verir ki, bununla bağlı “New York Times” nəşri video paylaşıb. 

 

Görüntülərdə raketin təyyarəyə tərəf atılması, daha sonra hava gəmisinin partlaması əks olunub. 

 

Qeyd edək ki, ABŞ da başda olmaqla, Kanada, Ukrayna və İngiltərə təyyarənin səhvən raketlə vurulduğunu iddia etmişdi. Lakin İran tərəfi bunu birmənalı şəkildə təkzib edir, həmçinin bu iddiaları tamamilə boşa çıxaracaq dəlillərin olduğunu bildirir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox