AZ

Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanın elektron qeydiyyatı keçirilir

54f1fe161a09b98e97c16a01231862de.jpg
13.01.2020 11:50

Doktorantura və dissertantura pillələrinə xarici dil üzrə qəbul imtahanın elektron qeydiyyatı başlayıb.

 

TED.az xəbər verir ki, doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin yanvarın 10-dan 20-dək elektron qeydiyyatı keçirlir.

 

Bu müddət ərzində 2019-cu ilin dekabrında keçirilən cari sənəd qəbulu kampaniyası dövründə doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara təqdim etmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər.

 

İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər.

 

Qeyd edək ki, qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

 

Elm bölməsindən digər xəbərlər

Daha çox