Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkının mütəxəssisləri ilə görüşdü – strateji layihələr müzakirə olundu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev qurumun Yüksək Texnologiyalar Parkının (YT Park) bir qrup alim və mütəxəssisləri ilə görüşüb.
TED.az xəbər verir ki, AMEA-da innovasiyayönümlü tədqiqat və tətbiqi işlərə xüsusi önəm verildiyini qeyd edən R.Mehdiyev bu istiqamətlərdə görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.
Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələrin hazırlanması və icrasının həyata keçirilməsinin daha da inkişaf etdirilməsi üzrə yeni elmi və tətbiqi istiqamətlərin xüsusi əhəmiyyətini vurğulayan AMEA prezidenti qarşıdakı mərhələdə tədqiqat-layihə işlərinin sürətləndirilməsi və müvafiq dövlət orqanları, sahibkarlıq subyektləri və elmi-tədqiqat müəssisələri ilə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra YT Parkın direktoru Elton Məmmədov verilən tapşırıqların yerinə yetirilməsinin vəziyyəti, nəzərdə tutulan işlərin səmərəliliyini artırmaq məqsədilə qarşıda duran vəzifələr, həmçinin perspektiv layihələr barədə məlumat verib.
Qurumun əməkdaşlarından Samir Süleymanov, Fərid Əhmədov, Yaşar Hüseynəliyev və başqaları rəhbərlik etdikləri layihələr üzrə hazırlanmış videoçarxlar nümayiş etdirərək patentləşdirmə, sertifikatlaşdırma, texnoloji həll prosesləri, bazara çıxış və s. məsələlər barəsində danışıb, müvafiq təkliflərini səsləndiriblər.
Sonda R.Mehdiyev Yüksək Texnologiyalar Parkının rəhbərliyinə, eləcə də qurumun elmi əməkdaşlarına və mütəxəssislərinə qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, AMEA-nın brendi ilə innovativ layihələrin həyata keçirilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlarını verib. Yüksək Texnologiyalar Parkında aparılan işlərin ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən elmi-texniki fəaliyyətə, quruculuq proseslərinə istiqamətləndirilməsi zəruri hesab edilib.
Elm bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















