AZ

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi Azərkosmosla əməkdaşlıq edəcək – AÇIQLAMA

8a14710caec387b29b5073e9fd35eaa0.jpg
14.01.2020 09:07

Coğrafi İnformasiya Sistemləri (CİS) xarici şirkətlər tərəfindən istehsal olunan proqram təminatı vasitəsilə işləyir. Yol infrastrukturuna dair obyektlərin hər biri bu proqram təminatlarında cəmləşdirilir və təhlil edilir. Ümumiyyətlə, CİS-ə inteqrasiya olunan məlumatların əksəriyyəti məkanlarla bağlı olduğuna görə, informasiyaların bir çoxu məkandan toplanılır. Sözsüz ki, bu zaman arxiv materiallarına da müraciət olunur. Ətraf ərazilərin dəqiq koordinatları isə GPS avadanlıqları vasitəsilə müəyyən edilərək, CİS-ə inteqrasiya olunur. Məlumatlar inteqrasiya olunmazdan öncə operator onları təhlil edir və daha sonra sistemə daxil edir”.

 

 

Bunu TED.az-a açıqlamasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Elektron xəritələr sektorunun müdiri Amil Ağayev deyib.

 

 

Amil Ağayev bildirib ki, CİS-ə məlumat yerləşdirərkən dron çəkilişlərindən də istifadə olunur: “Dron vasitəsilə müxtəlif hündürlüklərdə, müxtəlif ərazilərin ayrı şəkilləri çəkilir. Əgər ərazidə hər hansı bir dəyişiklik baş veribsə, bu CİS bazasına yenilənmiş formada daxil edilir. Eyni zamanda, təyyarə çəkilişlərindən alınan təsvirlərdən də istifadə olunur. Təyyarə təsvirləri yüksək ayırdetmə şəkilləri adlandırılır. Yüksək ayırdetmə şəkilləri dedikdə piksel arası məsafə nəzərdə tutulur. Bu məsafə nə qədər qısa olarsa, bir o qədər keyfiyyətli təsvirlər əldə olunur”.

 

 

“Bu sahədə də NİİM Azərkosmos ASC ilə əməkdaşlıq edir. Bu qurumdan peyk təsvirlərinin alınmasını da planlaşdırmışıq. Peykdən çəkilmiş şəkillər vasitəsilə xəritələri yəni, CİS bazası yeniləyəcək. CİS bazası hələki Bakını əhatə edir. Lakin biz Abşeron yarımadasının da tamamilə elektron bazasını bura daxil etmişik. Bura Abşeron rayonunun bir hissəsi və Sumqayıt şəhəri də daxildir. İnteraktiv xəritə gələcəkdə bütöv ölkəni əhatə edəcək”, – deyə şöbə müdiri əlavə edib.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox