Xanımlar, şəkil çəkdirmək depressiyada olduğunuzdan xəbər verə bilər – bilirdiniz?
Sosial mediadan həddindən artıq istifadənin insanlara psixoloji cəhətdən mənfi təsir göstərməsi həqiqətdir. Aparılan yeni araşdırma nəticəsində İnstaqramda tez-tez edilən selfie paylaşımının depressiya əlaməti ola biləcəyi aşkarlanıb.
TED.az xəbər verir ki, ictimai cinsiyyət sahəsində məqalələrin yer aldığı akademik jurnal olan "Sex Roles" qadınlarda selfie vərdişləri, obyektləşmə və depressiv simptomlar arasındakı əlaqəyə aydınlıq gətirən yeni bir araşdırmaya ev sahibliyi edib.
Meri Vaşinqton Universitetinin psixologiya üzrə professoru Miriam Lissin rəhbərlik etdiyi açıqlama qadınların özlərini obyektləşdirmə istəklərinin sosial medianın nəticəsi ola biləcəyini irəli sürüb. Liss və həmkarı Mindy Erchull obyektləşmənin selfie çəkib göndərərkən insanın davranışını necə dəyişə biləcəyinə baxmaq istəyiblər. Tədqiqatçılar bu məqsədlə ABŞ-da bir universitetdən 164 qadın tələbəni araşdırıblar. Anketdə fotoşəkil redaktəsi, ortalama selfie sayı, bədən nəzarəti, qəbul edilən sosial media səhvi və depressiv simptomlar qiymətləndirilib.
İştirakçıların əksəriyyəti İnstaqrama şəkil göndərmədən əvvəl 2-5 ədəd selfie çəkdiklərini bildirdiyi halda təxminən 5% isə orta hesabla 20-dən çox selfie çəkdiklərini söyləyib. Tədqiqatçılar İnstaqrama bir fotoşəkil yükləmək üçün çoxsaylı selfi çəkən qadınların daha çox depressiya əlamətlərinə sahib olduqlarını müəyyən ediblər.
Qüsurları foto düzəliş vasitələri ilə örtən qadınlar depressiyaya daha çox meyillidirlər
Xüsusilə vücudlarına diqqət yetirən qadınların İnstaqramda foto tənzimləmə vasitələrindən çox istifadə etdiyinə diqqət çəkən Liss bu davranışın depressiya əlamətləri ilə əlaqəli ola biləcəyini bildirib.
Eyni zamanda, fotoşəklin ümumi görünüşünü dəyişdirmək, üzdəki ləkələri gizlətmək və ya bədənin müəyyən hissələrini daha böyük və ya daha kiçik görünməsini təmin etmək üçün foto düzəliş vasitələrinin istifadəsi də eyni aspektdə dəyərləndirilə bilər.
Şəkil manipulyasiyasının onlayn aldadıcı bir məna verdiyini ifadə edən Liss "Qadınlar ən yaxşı görüntünü sosial mediada təqdim etmək istəsələr də, əslində bu onları daha da pisləşdirə bilər. Çünki özlərini necə təqdim etdikləri barədə dürüst olmadıqlarını hiss edə bilərlər", – deyə bildirib.
Günel QURBANOVA
TED + bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















