AZ

Samsung şirkətinin bazar dəyəri rekord həddə çatdı – 301,6 milyard dollar

02c8e67fda299c76e3b428809090fcba.jpg
14.01.2020 10:07

Dünyanın texnologiya nəhənglərindən sayılan “Samsung Electronics” şirkəti bazar qiymətinə görə, 10 pillə qalxaraq qlobal miqyasında 18-ci yerə yüksəlib.

 

TED.az xəbər verir ki, ötən ilin yanvar ayının 2-dən bu günə kimi şirkətin bazar dəyəri 95,08 milyard dollar artaraq 301,65 milyard dollara çatıb. Bu müddət ərzində isə “Samsung Electronics”in aksiyaları 51% artıb. Şirkətin səhmləri hazırda 52 dollar dəyərində qiymətləndirilir.

 

Yeni ilin ilk 10 günündə xarici şirkət səhmdarları “Samsung”un aksiyalarına 540 milyon dollar yatırım ediblər.

 

Onların fikrincə, şirkətin səhmləri daha da artacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox