AZ

Əvvəl qol kralı idi, indi Uber-də sürücü işləyir

2614c063d98792bad8cf9efa1e23c3e8.jpg
14.01.2020 11:07

Türkiyədə haqqında həbs qərarı çıxarılan və əmlakı müsadirə edilən məşhur futbolçu Hakan Şükür Amerika Birləşmiş Ştatlarında (ABŞ) "Uber" sürücüsü olub.

 

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dünya çempionatlarında vurulan ən erkən qolun müəllifi olan H.Şükür bəzi şəxslərin ABŞ-da açdığı kafeyə gələrək dombra çaldığını açıqlayıb. Sabiq futbolçu bundan sonra kafeni bağlayaraq mobil tətbiq vasitəsilə xidmət göstərən "Uber"də sürücü kimi işə başlayıb.

 

Qeyd edək ki, 2015-ci ildə ABŞ-a mühacirət edən H.Şükürün haqqında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiası ilə həbs qərarı verilib. Bütün əmlakı dondurulumuş atasının məhkəməsi isə hazırda davam edir.

TED + bölməsindən digər xəbərlər

Daha çox