AZ

WhatsApp istifadəçilərinə qarşı fişinq hücumları – bu üsulla fərdi məlumatlar oğurlanır

14.01.2020 11:40

“WhatsApp” sosial şəbəkəsinin istifadəçilərinə qarşı fişinq hücumları aşkarlanıb.

 

TED.az xəbər verir ki, bu haqda beynəlxalq antivirus şirkəti “ESET” məlumat yayıb.

 

Şirkət mütəxəssislərinin məlumatına görə, cinayətkar şəbəkə istifadəçilərinə saxta mesaj göndərir. Mesajda “Adidas” kompaniyasının yubileyi ilə əlaqədar ayaqqabı və idman köynəyi hədiyyə edəcəyi bildirilir. Bunun üçün isə istifadəçilər mesajdakı linkə daxil olub sorğuda iştirak etməlidirlər. Həmçinin bu saxta mesajı kontaktında olan 20 nəfərə göndərməlidir.

 

Cinayətkarlar “Adidas” şirkətinin loqotipindən və bir neçə ay əvvəl qeydiyyatdan keçmiş domendən istifadə edirlər. Bu üsulla fırıldaqçılar şəbəkə istifadəçilərinin şəxsi məlumatlarını ələ keçirirlər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox