MİDA: Ötən il 1112 ailə mənzilə sahib olub
“2019-cu ildə Mənzil İnşaatı Dövlət Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 5 satışı həyata keçirilib və 1112 ailə güzəştli mənzilə sahib olub”.
TED.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov Agentliyin 2019-cu il ərzində fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclasında deyib.
Sadiq Sadıqov bildirib ki, ümumilikdə Yasamal Yaşayış Kompleksində Agentliyin sərəncamında olan 1634 mənzildən 1390 ədədi bu günədək vətəndaşlar tərəfindən güzəştli şərtlərlə əldə edilib: “Mənzilə sahib olmuş vətəndaşlardan 514-ü mənzili öz vəsaiti hesabına, 876-sı isə güzəştli ipoteka krediti hesabına əldə edib. Yeniliklərə “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını alması, mənzillərin satışı müddətində mənzil seçimi edə bilməyən şəxslərə gözləmə qaydasında mənzil əldə etmək imkanının yaradılması daxildir. Həmçinin öz vəsaiti hesabına ödəniş edərək mənzil almaq istəyən şəxslər üçün satış elanı verilməsi də bura aiddir. Bu günə qədər mənzilin alqı-satqısını rəsmiləşdirən şəxslərdən 46 nəfəri məhz gözləmə qaydasında mənzil seçmiş şəxslər olub”.
“Ötən il “Güzəştli mənzil” sisteminin müəlliflik hüquqlarının təsdiq olunması ilə bağlı əhəmiyyətli hadisələrlə yadda qaldı. Belə ki, “Güzəştli mənzil” sistemi funksional cəhətdən effektiv və beynəlxalq səviyyədə unikal (innovativ) olduğuna görə sistemin əqli mülkiyyət hüquqlarının (əmtəə nişanı, müəlliflik hüququ, patent) qeydiyyatı ilə bağlı işlərə başlanılıb. İlk olaraq, Sistemin əmtəə nişanının qeydiyyatı məqsədilə Əqli Mülkiyyət Agentliyinə rəsmi müraciət ünvanlanmış və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının Qərarı ilə “Güzəştli mənzil” sisteminin əmtəə nişanı 3 dildə (Azərbaycan, rus, ingilis) təsdiq olunub. Həmçinin Əqli Mülkiyyət Agentliyi tərəfindən Sistemin müəlliflik hüquqları qeydiyyata alınaraq “Əsərin Qeydiyyatı Haqqında Şəhadətnamə” təqdim olunub. Sistemin beynəlxalq patentinin qeydiyyata alınması məqsədilə Ümümdünya Əqli Mülkiyyət Təşkilatına (World Intellectual Property Organization) müraciət olunub və həmin müraciət qəbul edilərək müvafiq prosedurların yerinə yetirilməsinə başlanılıb”,–deyə qurum rəhbəri qeyd edib.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Facebook saxtakarlıq reklamları vasitəsilə milyardlar qazanır
OpenAI və Amazon 38 milyard dollarlıq nəhəng müqavilə imzalayır!
iPadOS 26.1 yeniləməsi buraxıldı
watchOS 26.1 və tvOS 26.1 yeniləmələri buraxıldı
iPhone ilə işləyən MacBook qiyməti ilə təəccübləndirəcək!
Apple iOS 26.2 beta versiyasını buraxdı!
App Store veb səhifəsi yeniləndi
Galaxy S26-nın təqdimat tarixi açıqlandı
Samsung Galaxy Z TriFold üçün yeni şəkillər paylaşılıb
Ən populyar qrafik kartları açıqlanıb
Qoruyucu əlcəklər artıq motosiklet sürənlər üçün məcburidir
Togg elektrikli avtomobil satışında birinci yeri qoruyur
Yeni Toyota Hilux gəlir
Lenovo ağıllı eynəkləri ilə təəccübləndirəcək
Atari 2600+ Pac-Man Edition buraxıldı!
Mini PlayStation 5 hazırladılar!
8 Elite Gen 6 iki fərqli modeldə satışa çıxarılacaq!
İndi Sən Məni Gör 3 treyleri yayımlandı
WhatsApp Apple Watch proqramı buraxıldı
Metroid Prime 4-ün buraxılış tarixi açıqlandı!
Ayın qazılması rəsmi olaraq davam edir
Apple-ın Yeni Məhsulları Bəlli Oldu
Windows 11-ə keçərkən diqqətli olun!
ChatGPT İndi Reklam Göstərə Bilər!
Redmi Turbo 5 – 9.000 mAh-lıq Nəhəng Batareya İddiası!
BMW və Samsung ittifaq qurur
Google Tərcümə “İrəliləmiş” Modelini Sınaqdan Keçirir
Siri Google Gemini İnfrastrukturuyla Güclənəcək
Windows 10-un 10 İllik Xətası Nəhayət Həll Olundu!
Həftənin ən çox oxunanları
Samsung-un gəlirləri zirvəyə çatdı
Google Chrome gözlənilən yeniliyi təqdim edir
“İlin Avtomobili 2026” finalistləri açıqlanıb
Telefon satışları artıb: Yeni bazar liderləri açıqlanıb
Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı
ChatGPT İndi Reklam Göstərə Bilər!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD





