Belarusda jurnalist-robot sınaqdan keçiriləcək
Belarusda insan müdaxiləsi olmadan həmsöhbətlərə mənalı suallar verə biləcək və cavablara əsaslanan nəşrlər üçün mətn yarada biləcək süni intellekt ilk dəfə sınaqdan keçirilir.
TED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, neyron şəbəkəsinin Belarus fikir liderləri ilə "danışması" və hətta yerli nəşrlərdən birində bir jurnalist kimi çalışması planlaşdırılır.
Neyron şəbəkəsinin inkişafı Rusiya-Belarus proqram şirkəti tərəfindən həyata keçirilir. Bu barədə BelTA-ya hostinq provayderinin rəhbəri Alexander Xmil məlumat verib.
Onun sözlərinə görə, HostFly.by qeyri-adi layihəyə internetdə neyroşəbəkə yerləşdirilməsi üçün lazımlı resurslarla təmin edərək texniki dəstək verəcək.
Robot-jurnalist həmsöhbətini qiymətləndirə və konkret şəxs haqqında məlumatlara əsaslanan suallar yarada bilər. Robot, həmçinin həmsöhbətin psixoloji qiymətləndirməsini aparacaq, onda emosional reaksiyalar doğura bilən sualları seçə biləcək.
Xatırladaq ki, ötən il HostFly.by məhsulun təsviri ilə yanaşı, qoxusunun da duyulduğu onlayn mağazanın layihəsini hazırlayıb. Təqdim edilən layihənin həyata keçirilməsi nəticəsində onlayn mağazaların sahibləri qoxunu çatdırmaq üçün müştərilərə qoxular dəsti olan xüsusi lövhələri pulsuz göndərə biləcəklər. Müəyyən əmtəə malına baxarkən lövhə xüsusi proqram tətbiqi ilə smartfona və ya kompüterə qoşulacaq və alıcı virtual sayğacda gördüyü məhsulun qoxusunu hiss edə biləcək.
Hostinq-provayder bu siyahını daha da genişləndirmək və öz meydançasına yeni perspektivli layihələri cəlb etmək niyyətindədir.
Dünya bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











