AZ

İnstaqram hekayələri yad insanlardan necə gizlədilir– TEDassistant

3be4ef64cad6eef0fa440443f962ad6e.jpg
14.01.2020 14:25

İnstaqram həyatımızın hər anını izləyicilərimizlə bölüşmək üçün bir çox variant təklif edir. Yediyimiz qidadan tutmuş getdiyimiz yerlərə qədər demək olar ki, hər detal İnstaqram hekayələrində əks olunur. Ancaq bəzi istifadəçilər paylaşdıqları hekayələrin hamının görməsini istəmirlər.

 

TED.az TEDassistant rubrikasında bunun həll yolunu araşdırdı. Tanımadığınız insanların hekayələrinizi görməsini istəmirsinizsə, ən asan yol hesabınızı gizli saxlamaqdır. Bu xüsusiyyətlə sizi izləmək istəyənləri özünüz təsdiqləyə bilərsiniz.

 

 

 

 

Bunun üçün əvvəlcə Instaqram profilinizə daxil olun.

Ekranın yuxarı sağ küncündəki menyuya daxil olun.

Menyudan Parametrlər> Məxfilik Ayarları> Gizli Hesab hissəsinə daxil olun.

Daha sonra "Gizli Hesab" xüsusiyyətini aktivləşdirin.

 

Biz sizə bu yazımızda Instaqram hesabını gizlətmədən həll yolu axtaranlar üçün bir seçim təklif edirik. Paylaşılan hekayəniz məşhur bir məkan və ya hashtag adı altında başqaları tərəfindən baxıldığı təqdirdə bildiriş alırsınız.

 

Hekayənizi bu vəziyyətdən çıxarmaq üçün sadəcə ekranı yuxarı sürüşdürərək izləyənlərin siyahısına girin. Hekayənizi görməsini istəmədiyiniz insanın adının yanında olan "x" düyməsini basmaq yetərlidir.

 

Yuxarıdakı şəkildən əməliyyatın necə edildiyini daha aydın görə bilərsiniz.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox