AZ

Google Android Auto tətbiqi 100 milyon dəfədən çox yükləndi

ab928f53a73e1f808d77f2029ae44364.jpg
14.01.2020 14:50

Məlum olduğu kimi, populyar “Android Auto” tətbiqini “Google Play” mağazasından yükləmək mümkündür. TED.az xəbər verir ki, tətbiq artıq 100 milyon dəfədən çox yüklənib. Tətbiq 800 min istifadəçi reytinqinə əsasən 4.1/5 reytinqinə malikdir.

 

Google bu tətbiqi 2015-ci ilin martında təqdim edib. O vaxtdan bəri “Android Auto”nun populyarlığı sürətlə artıb. Ötən ilin iyul ayında istifadəçi interfeysini əhəmiyyətli dərəcədə dəyişdirən və bir sıra yeni xüsusiyyətlər əlavə edən böyük bir yeniləmə yayımlanıb.

 

“Android Auto” tətbiqi telefonunuzu müasir avtomobillərin multimedia sistemlərinə bağlamağa imkan verir. Rahat interfeys, böyük düymələr və səs əmrləri dəstəyi sayəsində idarəetmə zamanı da telefonunuzdan tətbiqlərdən istifadə edə bilərsiniz.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox