AZ

McLaren 720 Spider superkarının üzərində aparılan işlər tamamlandı

d41e5fe203d0b02179f3205c5c44565e.jpg
14.01.2020 15:45

Novitec tyuninq-atelyesinin mütəxəssisləri tərəfindən McLaren 720 Spider superkarının yenilənmiş nüsxəsi təqdim edilib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, atelye əməkdaşları aerodinamik boru tətbiq edərək sınaq keçiriblər. Superkar çəkisinin artmasından ehtiyatlanaraq, karbon liflərindən hazırlanmış dəbdəbəli “bədən”ə sahib olub. Yenilənmə bamperlərin formasına, qanadlara, həmçinin genişləndirilmiş 20 düymlük təkər disklərinə toxunub.

 

Salonun içində bahalı bəzək materialları nəzərdə tutulub. McLaren 720 Spider superkarınn kapotunun altında, həmçinin əhəmiyyətli dərəcədə modernləşdirilərək, 794 at gücü almağa imkan vermiş 4 litrlik aqreqat quraşdırılıb. Belə parametrlərlə 100 km-dək sürət cəmi 2,7 saniyəyə yığılır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox