AZ

Ötən il Azərbayacana neçə ədəd avtomobil idxal olunub? – HESABAT

14.01.2020 17:45

Ötən il ərzində Azərbaycana 47 710 ədəd avtomobil idxal edilib.

 

TED.az xəbər verir ki, bu haqda Dövlət Gömrük Komitəsinin illik hesabatında deyilir.

 

Hesabata görə, 2019-cu ildə ölkəyə idxal olunan avtomobillərin 43 156 ədədi minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələridir.

 

3 780-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 547-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələridir.

 

Qalan 227 ədəd isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

 

Zeynəb ƏKBƏR

 

TED + bölməsindən digər xəbərlər

Daha çox