AZ

Azərbaycan bazarında yeni Samsung telefonları – qiymət və xüsusiyyətləri

0e5082ecb85720f1ab266f44e7400875.jpg
15.01.2020 09:40

"Samsung" texnologiya şirkəti yeni telefon modellərini Azərbaycan bazarına çıxarmağa hazırlaşır.

 

Şirkətin Azərbaycan nümayəndəliyindən TED.az-a verilən eksklüziv açıqlamaya görə, yeni modellər bazara bu həftədən ertibarən çıxarılacaq. Belə ki, "Samsung Galaxy A51" modeli yanvarın 3-cü, "Samsung Galaxy A01" fevralın 1-ci, Samsung Galaxy A71" isə fevralın 2-ci həftəsindən etibarən alıcıların ixtiyarına veriləcək.

 

Nümayəndəliyin açıqlamasında əlavə edilib ki, hansısa gecikmələrin olması da mümkündür.

 

"Samsung Galaxy A51"in qiyməti hələ ki, məxfi saxlanılır.

 

 

4 GB operativ, 64 GB daxili yaddaşa malik cihaz 512 GB-a qədər yaddaş kartını dəstəkləyir. 6,5 düym FHD+ AMOLED ekrana sahib cihaz foto həvəskarları üçün ideal seçim ola bilər. Smartfon 32 Mp-lik ön kamera və 48+12+5+5 Mp-lik 4 əsas kamera ilə təchiz edilib.

 

Əlavə məlumat üçün deyək ki, telefon "Android" əməliyyat sisteminin "Android 10" versiyası ilə işləyir.

 

Smartfonun 6/128 GB-lıq versiyasının 750 manatdan baha olacağı məlumdur. Lakin bu versiyanın da dəqiq qiyməti sirr olaraq qalır. Sözügedən versiyanı 1 ay ərzində yalnız "Kontakt Home" mağazalar şəbəkələrindən əldə etmək mümkündür.

 

"Samsung Galaxy A71" alıcılara 1000 manata yaxın qiymətə təqdim olunacaq.

 

6.7 düymlük Super AMOLED ekrana sahib telefonun operativ yaddaşı 6 GB, daxili yaddaşı 128 GB-dır. Bundan başqa, smartfon 512 GB-dək yaddaş kartını dəstəkləyir. Telefon 8 nüvəli Snapdragon 730 prosessoru ilə çalışır. 32 Mp-lik ön kameraya malik cihazın 64+12+5+5 Mp-lik 4 əsas kamerası var.

 

4500 mAs gücündə baterayası olan smartfon 163.6x76.0x7.7 mm ölçüyə, 179 qram ağırlığa malikdir.

 

"Samsung Galaxy A01" smartfonu əsasən az gəlirli alıcılar üçün nəzərdə tutulub. Lakin qiyməti hələ ki, açıqlanmır. 5.7 düym Infinity-V ekrana malik telefon 8 nüvəli prosessorla təchiz edilib.

 

 

6 və 8GB-lıq operativ, 128 GB-lıq daxili yaddaşa malik telefon 512 GB-a qədər yaddaş kartını dəstəkləyir.

 

2 arxa (13+2Mp), 1 (5Mp) kamera ilə təchiz olunan smartfon 3000 mAs gücündə batareyaya malikdir. 

 

Cavid QƏDİR

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox