AZ

Bakcell yeni 099 mobil prefiksini satışa çıxartdı – QİYMƏTLƏR

22ef95d8d1403da44aa10b8582878fd2.jpg
15.01.2020 15:19

Məlum olduğu kimi, bu gün Bakcell-in yeni "099” (və ya beynəlxalq yığım qaydası +99499 olan) mobil prefiksli nömrələri satışa çıxarılıb.

 

TED.az olaraq şirkətin diller mağazalarından yeni prefikslə başlayan nömrələrin qiymətlərini öyrəndik.

 

"099” prefiksli nömrələrin qiymətləri 5 AZN-dən başlayır. 8, 10 AZN-ə də təklif olunan nömrələr mövcuddur.

 

Qeyd edək ki, “099” prefiks ilə satışa çıxarılan Bakcell nömrələri mütləq şəkildə hansısa tarif paketi ilə alınmalıdır. Tarif paketləri isə 5 manatdan başlayır.

 

Zeynəb ƏKBƏR

 

TED + bölməsindən digər xəbərlər

Daha çox