AZ

Ramin Quluzadə: Bu ilin ilk rübündə ölkəyə elektrik mühərriki ilə işləyən 100 ədəd London taksisi gətiriləcək

b7868c7ed6afab30b7d26cd869554996.jpg
15.01.2020 16:21

“Hazırda Azərbaycanda 1500 ədəd London taksiləri mövcuddur. Bu taksilərin 1200 ədədi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindədir”.

 

TED.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.  

 

Ramin Quluzadə bildirib ki, bu ilin ilk rübündə daha 100 ədəd London taksisi gətiriləcək: “Gətiriləcək taksilər tam şəkildə müasir standartlara cavab verir və elektrik mühərriki ilə işləyir”.

 

Nazir onu da qeyd edib ki, hazırda regionlarda müasir standartlara cavab verməyən nəqliyyat vasitələri mövcuddur.

 

Ölkə rəhbəri bölgələrdə olan nəqliyyat vasitələri ilə bağlı problemlərin aradan qaldırılması üçün nazirə tapşırıq verib.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox