AZ

Bu universitetdə imtahanların verilməsi üçün 250 ədəd kompüter ayrılıb

cd96fb042681abaf45eb760427e8aa2f.png
15.01.2020 18:10

Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izlədi.

 

TED.az xəbər verir ki, yanvarın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur təşkil edilib.

 

Mediaturda Mətbuat Şurasının rəhbərliyi, Təhsil Nazirliyi və universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak edib. İştirakçılar universitetin auditoriyalarında imtahan prosesini izləyib və cavabların yoxlanılması haqqında məlumatlandırılıblar.

 

Rektor Vilayət Vəliyev bildirib ki, universitetdə imtahanlar test üsulu, yazılı və şifahi formalarda aparılır. Bütün imtahanlar "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür. İmtahanların nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Onu da bildirək ki, birdəfəyə 250 tələbə kompüter vasitəsilə test imtahanını verə bilir.

 

Nuranə DAXİLQIZI

Elm bölməsindən digər xəbərlər

Daha çox