AZ

Azərbaycanlı startapçı: Baş ofisimizin Avropada təsis olunmasına günlər qalır

87e1b156ec4602aedee6374d55e367b2.png
16.01.2020 09:32

“Son 1 saatda “Eleven Kings Game” oyununda Belçikadan bir istifadəçi 6 dollarlıq koin alır, 20 dəqiqə sonra yenə 6 dollarlıq koin alır. Səudiyyə Ərəbistanından da bir istifadəçi 6 dollarlıq koin alır, 15 dəqiqə sonra 17 dollarlıq koin alır. Bu o deməkdir ki, düz yoldayıq. Rəqəmlər kiçik görsənə bilər, 1 saatda 35 dollar gəlir. Amma proqnoz deyir ki, bu ədəd 3 ay sonra 10 dəfə, 1 il sonra 50 dəfə arta bilər. Hazırda 28 ölkədən Eleven Kings oyunu daxilində ödəniş edən istifadəçilər var”.

 

 

 

 

TED.az xəbər verir ki, bu sözləri “Eleven Kings Game” komandasının rəhbəri, startapçı Orxan Rzayev deyib.

 

 

 

 

“Son statistikaya görə bir ildə istifadəçilər oyunlara 180 milyard dollar pul xərcləyir. Və bu temp durmadan artır. Bazar fantastik böyükdür. Bizim isə istifadəçilərimiz 100 000-ə yaxınlaşır. Baş ofisimizin Avropada təsis olunmasına günlər qalır, Ronaldinio isə reklama başlamaq üçün bizdən xəbər gözləyir. 2020-yə belə başlamışıq. Qarşımızda uzun bir il və növbədə gözləyən fantastik ideyalar var. Həyəcanlanmağa hazır olun”, – deyə Orxan Rzayev əlavə edib.

 

Startaplar bölməsindən digər xəbərlər

Daha çox