AZ

Dünya valyutasının yalnız 8%-ni görürük, qalanı haradadır? – MARAQLIDIR

9254f48fc46ed4eb7472fd7aa2a10970.jpg
16.01.2020 22:00

Həyatımız texnologiya ətrafında fırlanır, hər gün texnologiya dünyasında yeni bir ixtira ilə qarşılaşırıq.

 

TED.az “Maraqlıdır” rubrikası çərçivəsində texnologiya haqqında  təəccüblənəcəyiniz maraqlı faktları sizə təqdim edir:

 

1. Dünya valyutasının yalnız 8%-i fiziki puldur, yerdə qalan valyuta yalnız kompüterlərdə mövcuddur.

 

2. Alim, süni intellekt vasitəsilə çipin proqramlaşdırılmasına imkan verdi. Nəticədə daxili sistemi anlaşılmayan effektiv çip yarandı.

 

 

3. Wi-Fi texnologiyası kiçik qara dəlikləri aşkar edən uğursuz təcrübə sayəsində ixtira olnub.

 

 

4. Yaponiyada satılan bütün telefonlarda söndürə bilməyəcəyiniz xarakterik kamera səsi var. Bu funksiya gizlincə qeyri-etik məzmunlu şəkillərin çəkilməsinin qarşısını almaq üçündür.

 

 

5. Sony şirkəti adı yüksək səslə deyildiyi zaman məhsulun reklamının dayandırılmasını təmin edən texnologiya üzrə patentə sahibdir.

 

 

6. Daha əvvəl çəkilmiş filmlər və şoulara HD formatında baxmaq olar. 10-20 il bundan əvvəl çəkilən həmin filmlər HQ formatında olsa da, o vaxtın texnologiyası HD keyfiyyətinə güc gələ bilmirdi.

 

 

 

 

7. 3D nəşr 30 ildir ki, ixtira olunan texnologiyadır. Bu texnologiyanın indi populyarlaşması patentlərin istifadə müddətinin sona çatması ilə əlaqəlidir.

 



 

 

8. Apple şirkətinin qurucularından biri olan Stiv Voznyak nömrələr həvəskarı olub. Stiv şəxsi telefonu üçün 888-8888 nömrəsini aldıqdan sonra peşman olub, səbəb isə telefonla oynayan təcrübəsiz uşaqların hər dəfə ona zəng etməsi idi.

 

 

 

 

9. Orta statistik məlumatlara əsasən kompüter istifadəçisi 1 dəqidədə 7 dəfə gözünü qırpır, halbuki, həmin rəqəm dəqiqədə 20 dəfə olmalıdır.

 

 

 

10. İnsanların 86%-i USB qurğusunu tərsinə taxırlar.

 

 

 

Fatimə ZÜLFİQAR

TED + bölməsindən digər xəbərlər

Daha çox