Kaspersky Lab: İnternetdə yeni fırıldaqçılıq aşkarlanıb

“Kaspersky Lab”ın mütəxəssisləri internetdə yeni fırıldaq sxemini aşkarlayıblar.
TED.az xəbər verir ki, bu haqda "Kaspersky Lab" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, fırıldaqçılar özlərini fərdi məlumatların müdafiəsi fondunun nümayəndələri kimi təqdim edərək, fərdi məlumatları ələ keçirir və bundan pul qazanırlar. Onlar bu fondun ABŞ Federal Ticarət Komissiyası tərəfindən yaradıldığını bildirirlər. Özlərinə feyk sayt yaradan kibercinayətkarlar internet istifadəçilərinə fərdi məlumatların oğurlanmasına görə kompensasiya ödəyəcəklərini deyirlər. Sözügedən cinayət halı daha çox Rusiya, Əlcəzair, Misir və Birləşmiş Ərəb Əmirliklərində və s. ölkələrdə qeydə alınıb. Cinayətkarlar internet istifadəçilərindən məlumatlarının oğurlanıb-oğurlanmadığını yoxlamaq adı ilə bir sıra şəxsi informasiya alırlar. Bura ad, soyad, telefon nömrəsi və sosial şəbəkələrinin linki daxildir. İnformasiyaları aldıqdan sonra isə istifadəçiyə fərdi məlumatlarında boşluq aşkarlandığını bildirərək, onlara kompensasiya ödəniləcəyini deyirlər. Kompensasiyanı almaları üçün isə sosial sığorta nömrələrini istəyirlər. Sonra o nömrənin bazada görünmədiyini deyərək, müvəqqəti olaraq 9 dollara yeni nömrə almağı təklif edirlər.
Şirkət mütəxəssisləri bu kimi təkliflərə skeptik yanaşmanı tövsiyə edir. Eyni zamanda, etibarlı sayt və tətbiqlərdən istifadə etməyi məsləhət görürlər.
Texnologiya bölməsindən digər xəbərlər
Qazaxıstan Ayətrafı teleskoplu peyk üzərində çalışır - Türk dövlətlərini əməkdaşlığa çağırır


“Ecotracker” mobil tətbiqinin təqdimatı olub


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


İnsanlar apokalipsisdən çox süni intellektdən qorxurlar


Britaniya ordusu təlimlərdə SZ dəstəkli İQP-lərdən istifadə edib


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Türk dövlətlərinin birgə peyk sistemini qurmağı hədəfləmişik - Qazaxıstanlı layihə direktoru


BƏƏ rəsmisi: "Kosmik proqramların davamlı inkişafı üçün özəl sektorun rolu əsasdır"


Bülent Avenoğlu: “Türkiyə dərin kosmos missiyalarına start verib”


Sabah Azərbaycanda 32 dərəcə isti olacaq


“Aztelekom” yenidən təşkil olunur


Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub


Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək


“İnformasiya savadlılığı və süni intellekt” - elmi seminar


Britaniya hökuməti yaşıl enerji sektoruna 300 milyon funt sterlinq dəyərində dəstək elan edib


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


Həftənin ən çox oxunanları
Rezidentura imtahanı elektronlaşdırılacaq


Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT


"Bitcoin"in qiyməti 90 min dolları keçdi


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


Ali məktəblərə qəbul imtahanının 1-ci cəhdi üçün abituriyentlərin qeydiyyatı davam edir


Naxçıvanda POS-terminalların sayı 30%-dən çox artıb


AMB-də sığorta sahəsində rəqəmsallaşma prosesləri müzakirə olunub


Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb

