AZ

Proqramlaşdırma üzrə təhsil alan tələbələrin universiteti bitirən kimi əlavə kursa getməsinə səbəb? – ARAŞDIRMA

17.01.2020 13:40

İstər karyera üçün, istərsə də maraq üçün bir proqlaşdırma dili öyrənmək arzusunda olan insanı ilk düşündürən hansından başlamağı olur. Hansı proqramlaşdırma dilinin daha yaxşı olduğunu demək olduqca çətindir. Maraqlıdır, Azərbaycanın ali təhsil ocaqlarında hansı proqramlaşdırma dilindən istifadə olunur?

 

TED.az olaraq mövzunu araşdırdıq və ortaya fərqli mənzərə çıxdı.

 

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti Cavanşir Kazımov bildirib ki, BDU-da 3 proqramlaşdırma dili tədris olunur: “BDU-da tələbələr üçün C++, Java, Phyton proqramlaşdırma dilləri tədris olunur. Düşünürəm ki, bu proqramlaşdırma dillərinin hamısının öyrənilməsi tələbələrin irəlidə iş həyatı üçün olduqca zəruridir”.

 

AzTU-da seçim tələbələrindir

 

 

Azərbaycan Texniki Universitetinin (AzTu) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, tələbələrə 5 proqramlaşdırma dili təklif olunur: Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərlə bağlı 050655 - “İnformasiya texnologiyaları” ixtisası üzrə ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI (Bakalavriat səviyyəsinin ixtisas üzrə təhsil   proqramı) təkmilləşdirilmişdir. Bu   təhsil   proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-539  nömrəli  30.08.2019-cu il tarixli əmri ilə təsdiq edilib.

 

“Ali Təhsil Pilləsinin Dövlət Standartı  “İnformasiya texnologiyaları” ixtisasın tədrisi üzrə Association for Computing Machinery (ACM) və IEEE Computer Society (IEEE-CS) kimi nüfuzlu beynəlxalq təşkilatların  təklif etdiyi tövsiyyələr və kompetensiya modelli nümunəvi kurikulum əsasında hazırlanıb. 2019/20-ci tədris ilindən başlayaraq bakalavr hazırlığı bu proqram üzrə həyata keçirilir. Bu plana (kurikuluma) görə tələbələr  öz seçimləri əsasında aşağıdakı dillərin bir neçəsini 4  il müddətində öyrənə bilirlər. Visual Proqramlaşdırma  (Visual C# dili), Script Proqramlaşdırma (Python dili), Database Proqramlaşdırma (SQL), Web Proqramlaşdırma (HTML5 dili), Obyekt-yönlü proqramlaşdırma (Java dili)”.

 

Bakı Ali Neft Məktəbinin (BANM) mətbuat katibi Zamira Adilovanın sözlərinə görə, BANM-da 2 proqramlaşdırma dili tədris olunur: “Bakı Ali Neft Məktəbində tələbələr üçün iki proqramlaşdırma dilləri tədris olunur. Universitetdə tələbələrimizə Python və C/C++ proqramlaşdırma dilləri keçirilir”.

 

Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevsə təmsil etdiyi ali təhsil müəssisəsində proqramlaşdırma dilinin tədris olunduğunu qeyd edib: “BMU-da təhsil alan tələbələr üçün dörd proqramlaşdırma dili tədris olunur. C++, Java, C Sharp, Python. Web proqramlaşdırma dillərindən isə  PHP, JavaScript, CSS tədris olunur”.

 

 

MÜTƏXƏSSİS: Azərbaycanda ən məşhur proqramlaşdırma dillərinin SQL, AR və Python-dur

 

Proqramlaşdırma sahəsi üzrə mütəxəssis Elçin Tarverdiyev Azərbaycanda ən məşhur proqramlaşdırma dillərinin SQL, AR və daha sonar Python olduğunu bildirib: “AR və Pythonun dillərinin mövqeyi, yanaşması eyni, SQL isə biraz daha fərqlidir. Əgər İT yönümlü sahələrdə işləyəcəklərsə onlara SQL proqramlaşdırma dilini öyrənmələrini tövsiyyə edirəm. Çünki SQl yaxşı öyrənilsə, iş imkanları yaxşı olar. Ona görə ki, bu gün bir çox şirkətlər sistem proqramlarını SQL üzərində qurur. Amma tələbələr hesabatların vizuallaşdırmasını istəsələr, Pyhton dilinin buna gücünün çatdığını nəzərə alaraq, onu öyrənmələri əlverişli olar deyə düşünürəm. Pyhton-un kodlaşdırılması AR-a nisbətən daha rahatdır. AR-da riyazi tərəf çox və çətindir. Bu dillərlə yanaşı, mən Power BI-nin öyrənilməsini də məsləhət görürəm. Mənim fikrimcə, ən əsas proqramlaşdırma dilləri Ar, Pyhton və Power BI-dır”.

 

 

Elçin Tarverdiyev Azərbaycan universitetlərində dataanaltika və proqramlaşdırma dillərinin mükəmməl şəkildə tədris edilmədiyini xüsusi vurğulayıb: “Buna görə də tələbələr məcbur olub əlavə kurslara gedir. Bundan əlavə, gənclərin bir çoxu onlayn kurs götürür. Tələbələr məzun olan kimi JAVA, AR və Pyhton-un mükəmməl şəkildə öyrədildiyi kurslara ona görə müraciət edirlər ki, təhsil aldıqları universitetlərdə bu dillər sadəcə nəzəri öyrədilir. Proqramlar  elədir ki, onların ən sadəsini belə praktik şəkildə öyrənmək lazımdır. Təbii ki, xaricdə bu proqramlar daha təkmil öyrədilir. Çünki onlarda artıq Background uzun müddətdir var. Bizdə isə bu əksinədir, yəni Azərbaycanda Backgrounddan yeni-yeni istifadə edilir”.

 

Nuranə DAXİLQIZI

 

Elm bölməsindən digər xəbərlər

Daha çox