AZ

Samsung Galaxy S20 sınaqdan keçirildi

b004bbf21701cb0bd5c28f15d9bf8a26.jpg
17.01.2020 15:25

Geekbench-də Samsung SM-G981U model nömrəsi olan smartfon sınaqdan keçirilib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu, əslində, Samsung Galaxy S20 5G - dir və indi hansı prosessorla işlədiyi və nə qədər RAM-a sahib olduğu dəqiq bilinir.

 

Geekbench-in məlumatına görə, cihaz Snapdragon 865 prosessoru, 12 GB operativ yaddaş və Android 10 əməliyyat sistemini əldə edəcək.

 

Smartfon birnöqtəli testdə 923 bal toplayıb, prosessorun bütün nüvələrinin aktivləşməsində isə məhsuldarlıq 3267 bal təşkil edib.

 

Xatırladaq ki, Samsung Galaxy S20 smartfon seriyasının təqdimatı fevralın 11-də keçiriləcək.

 

Bunun üçün Koreya şirkəti Galaxy Unpacked Event 2020 tədbirini təşkil edəcək, burada o, yeni qatlanabilən Galaxy Flip Z smartfonunu da təqdim edə bilər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox