AZ

BakıKartın balansını onlayn şəkildə nə zaman artırmaq mümkün olacaq? – RƏSMİ AÇIQLAMA

90abe52611fa8b8e1419919bc933359f.jpg
17.01.2020 15:10

"Dayanacaqlarda ödəmə terminallarının azlığı məsələsinə ən yaxşı çözüm kart balansının onlayn formada artırılması formatıdır".

 

Bu sözləri TED.az-a eksklüziv açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

 

M.Ağayev bildirib ki, sözügedən proses bu ilin ilk rübündə, ən geci isə birinci yarısında başa çatdırılacaq.

 

Qurum rəsmisi terminalların çatışmazlığı məsələsinə də toxunub. O bildirib ki, bəzi terminallar dayanacaqlar köçürülərkən götürülüb, yenidən bərpası üçün elektrik təminatı, eləcə də digər texniki işlərin başa çatdırılması lazımdır: "Amma bu problemin köklü həlli onlayn balansartırmaya inteqrasiyadan keçir. Bu istiqamətdə də ardıcıl işlər aparılır".

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox