AZ

Huawei bu şəxslər üçün 20 milyon funt sterlinq ayırdı

a8cc30541ef3d687345b741361f53ff2.jpg
17.01.2020 16:10

TED.az xarici mətbuata istinadən xəbər verir ki, Huawei, hələ yay aylarında, App Gallery əlavəsinin firma mağazasının inkişafına böyük məbləğdə vəsait ayıracağını bildirmişdi.

 

Xatırladaq ki, yeni Huawei smartfonlarda sertifikatlaşdırılmamış Android quraşdırılır, ona görə də Google Play əlavələr mağazası da daxil olmaqla, burada Google xidmətləri yoxdur.

 

Alternativ olaraq, Çin şirkəti smartfonlarına Gallery App quraşdırır və onun inkişafı üçün Huawei yaradıcılara pul mükafatları ödəyəcək.

 

Yeni proqrama Böyük Britaniyada başlanıb və mənbənin məlumatına görə, yaradıcıları üçün 20 milyon funt sterlinq ayrılıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox