Google Xəritəyə məkan necə əlavə edilir – TEDassistant
Yeni bir işə başlayanda onu tanıtmaq üçün vasitələr əvvəllər az idi. İndi texnologiyanın inkişafı və hər şeyin sürətli istehlakı ilə tanınmaq və yaddaşlarda qalmaq çətin ola bilər. İş adamlarına lazım olan əsas məqam Google Xəritəyə məkan əlavə edib hər kəslə yerini bölüşməkdir.
Bir iş sahibi olmasanız belə, Google Xəritələrə yer əlavə etməyi bilmənizdə fayda var. Məsələn, sevdiyiniz restoranda bir dostunuzla görüşmək istəyirsiniz. Ancaq həmin məkanı Google Xəritədə tapa bilmirsinizsə, özünüz əlavə edə bilərsiniz.
TEDassistantınız bu dəfə Google Xəritələrə necə yer əlavə etməyin təlimatını təqdim edir. Bunun üçün
1.Google Xəritəyə daxil olun
Mobil cihazınızla Google Xəritəyə daxil olun. Telefonun axtarış bölməsinə Google Map yazaraq asanlıqla tətbiqə daxil olmaq mümkündür.
2. Sol üst küncdəki 3 xətdən ibarət işarəyə toxunun
Bu zaman bir menyuya daxil olacaqsınız. Buradan Google Xəritənin parametrləri daxil olmaqla bir çox seçimə keçid etmək mümkündür.
3.“Əskik bir məkanı əlavə edin” seçiminə toxunun
Ekranı aşağıya doğru sürüşdürün. Parametrlər seçiminin altında “əskik bir məkana əlavə edin” seçimini görəcəksiniz.
4. Artırmaq istədiyiniz məkanın adını əlavə edin
Google Xəritələrə əlavə edəcəyiniz yerin məlumatlarını doldurmağa ilk olaraq məkanın adını yazmaqla başlayın. Bu şəkildə məkanın daha öncə daxil edilib edilmədiyini görəcəksiniz
5. Əlavə edəcəyiniz məkanın ünvanına daxil olun
Bunu sadəcə yazaraq və ya telefonunuzun məkan bildir
məlumatlarından istifadə edərək yaza bilərsiniz.
6. Kateqoriyanı seçin
Kateqoriya bölməsində məkanın restoran, mağaza iş yeri kimi kateqoriyalarından sizə uyğun olanını seçə bilərsiniz.
7. Əlavə məlumatları daxil edin
Burada Google Xəritəyə yazacağınız məkanın telefon nömrəsini, internet səhifəsini və iş saatlarını artıra bilərsiniz.
8. Yuxarı sağ küncdəki ‘>’işarəyə toxunun
Bütün mərhələləri bitirdikdən sonra əməliyyatımızı başa çatdırmaq üçün yuxarı sağ küncdəki '>' düyməsinə vurun. Bundan sonra bir yer əlavə etmək istəsəniz, Google-a göndəriləcək və sonra yer sorğusunun təsdiqləndiyinə dair bir e-poçt alacaqsınız.
Günel QURBANOVA
TED + bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















