AZ

Ən ucuz Samsung Galaxy A51 smartfonu bu ölkədədir

0e05df8d7a572c461e17d16c6c7bcd7f.jpg
17.01.2020 21:00

Bu gün Samsung Galaxy A51 smartfonunu Avropa bazarlarında satışa çıxarıb.

 

TED.az xəbər verir ki, Avropa ölkələri arasında ən ucuz Samsung Galaxy A51 smartfonu Ukraynada satışa çıxarılıb.

 

4 GB operativ və 64 GB fləş yaddaşı olan smartfon alıcılara 340 avroya, 6GB operativ, 128 GB fləş yaddaşı olan isə 410 avroya təklif olunur.

 

Ukraynanın mağaza şəbəkələrində Samsung Galaxy A51-in qiyməti (6 GB operativ, 128 GB) 9499 qriven, yəni 350 avrodur.

 

Qeyd edək ki, yanvar ayının son günündə isə Samsung Galaxy A51-in kiçik versiyası (315 avroya) satışa çıxarılacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox